Kepqası əyri kişi...

Kepqası əyri kişi...
21 fevral 2015
# 12:18

Bu gün gözəl şairimz Məmməd İlqarın doğum günüdür. Onun 65 yaşı tamam olur.

Məmməd İlqar xalq şeirmizin ən istedadlı nümayəndələrindən biridir. Onun saz üstündə yazdığı qoşma və gəraylılar ruhunun saflığı, təzə havası və yüksək sənətkarlıq xüsusiyyətləri ilə seçilir. Xüsusilə təcnisləri şeirimizin ən nadir inciləri sırasındadır. M.İlqarın digər forma və ölçülərdə də çox uğurlu yaradıcılıq nümunələri vardır.

Bu gün ağır xəstəliklə mərdi-mərdana mübarizə aparan şairimizi təbrik edir, ona şəfalar diləyirik.

Kənd kişilərinə şəhər sovqatı

Sovqatımı qəbul edin,

Sovqatlı-paylı kişilər,

Adınıza layiq ola

Kaş bu gəraylı, kişilər.

Aran-yaylaq köçündə də,

Əkində də, biçində də,

Dərdin-qəmin içində də

Haylı-haraylı kişilər.

Hər nisgili bölərsiniz,

Hər müşgülü bilərsiniz,

Siz ayrı kişilərsiniz -

Var olun, ayrı kişilər!

Bar-bərəkət aylarında,

"İp atdırmaz" öylərində...

Oğul-uşaq toylarında

Kepqası əyri kişilər..!

Gözəl çəkir

Təcnis

İlahi, Belə də gözəl olarmı?-

Kimdi qələm çəkən, nə gözəl çəkir.

Üz- üzə, göz- gözə sehrlənmişik,

Nə mən göz çəkirəm, nə gözəl çəkir,

Güney gözlüm, gözəllikdə bircəsən,

Bu güllükdə bir mən olam, bircə sən...

Gül üstündə arıya bax bircə sən-

Gör gülün nazını nə gözəl çəkir?...

Salma gəl Məmmədi gözündən, gözəl,

Gözüm gözmü görüb gözündən gözəl !..

Mən öimüş neynim ki, gözündən, gözəl-

Nə bir könül doyur, nə göz əl çəkir !

Ay yağı bir bir

Təcnis

Qarı dünya, bu nə qovğa, nə qaldı? -

Aman ver, aman ver, a yağı, bir... bir...

Öyündüyüm-güvəndiyim nə qaldı?

Alirsan əlimdən a yağı, bir-bir...

Ha çagırdım - taleyim hey... baxtım hey...

Gah bulanıb, gah durulub axdım, hey...

Yüz gümanla ağ yollara baxdım hey...

Getdi gözlərimin ay ağı, bir-bir...

Məmməd İlqar, dar günündü, seyr elə -

Nə vaxt düşər, bir də belə seyr ələ..?

İnanmazdın - qohum-qardaş seyrələ -

Çəkilə dostların ayağı bir-bir...

# 3004 dəfə oxunub

Oxşar xəbərlər

"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə

"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə

12:00 7 may 2026
"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

14:47 5 may 2026
"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı  haqqında nə yazırdı?

"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı haqqında nə yazırdı?

12:00 5 may 2026
Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

11:30 5 may 2026
Şehlə günahını yuyan şair - Esmira İsmayılova

Şehlə günahını yuyan şair - Esmira İsmayılova

11:20 4 may 2026
"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

16:30 1 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər