Səhərin şəhəri

Səhərin şəhəri
4 mart 2014
# 12:00

Bilmirəm, fikir vermisinizmi, Səhərin şeirlərinin demək olar ki, hamısında hansısa bir şəhər haqqında danışılır... Şəhər sözü işlədilməsə də, şəhərin özündən birbaşa söz açılmasa da... Məkan baxımından onun özünün bu gün də yaşadığı, ancaq zaman baxımından artıq əlçatmaz olan, bir də heç vaxt qaytara bilməyəcəyi, yəqin ki, bir çox reallaşmayan arzularının öldüyünü gördüyü, yəqin, elə bu üzdən də xiffətini elədiyi, darıxdığı bir şəhər.

İndi mən

Bu qarın altında,

Bu islaq küçələrdə

Hansı itiyimi axtarım,

Bir izi də tanış gəlməyən

Bu şəhərdə?!

Lap son vaxtlarda yazdığı bir şeirdə də yenə o şəhərdən danışır: “O şəhəri istəyirəm, bizim o köhnə şəhəri”. Sözsüz ki, Səhər bir də o şəhərə qayıda bilməyəcəyini, o şəhərin zaman anlamında ondan gün-gündən uzaqlaşdığını başa düşməyəcək qədər sadəlövh deyil...ancaq o, nə olursa-olsun, öz şəhərinə sadiqdir. Bu mənada, əslində müəllif bizim hər gün gördüyümüz, danışdığımız Səhər haqqında deyil, o şəhərdə yaşamış, yaşayan və yaşayacaq Səhər haqqında yazır... Bizim oxuduğumuz şeirlər həmin Səhərin haqqında olan yazılardır, onun dünəninin, bu gününün və gələcəyinin xatirələridir. Bu dünyamızda, bizim hazırda yaşadığımız şəhərdə nə baş verirsə, versin, bunların Səhərə dəxli yoxdur. O öz şəhərindən yazır. O şəhərdəki adamlardan yazır. O şəhərdəki sevgilərdən, kədərlərdən, olmuşlardan, olacaqlardan yazır. ”Sən yaşayan şəhərdə” deyən Səhər əslində, başqasına xitab etmir. Bu “Sən” onun özüdür:

Burda quşdan azad bir hiss yaşardı,

Orda arzu adlı qonşu var idi.

Bir vaxt dəli-dolu bir qiz var idi,

Görəsən, dururmu o qarı indi?!

Və bu kitab Səhərin özünəməxsus, özünün qurduğu, ürəyində yaşatdığı, heç kəsin toxuna bilməyəcəyi, ağaclarını göyərtdiyi, skamyalarını düzdüyü (“Göyərdim o ağacları, çağırım o adamları, o köhnə skamyaları, düzüm o köhnə şəhərə” ) şəhəri haqqında xatirələridir. Xatirələri isə mən həmişə maraqla oxuyuram.

# 3036 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

15:00 22 iyun 2026
"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

13:00 22 iyun 2026
Yenilməz söz yolçusu - Afaq Məsud

Yenilməz söz yolçusu - Afaq Məsud

17:04 19 iyun 2026
Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

16:20 18 iyun 2026
“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

14:30 16 iyun 2026
“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

14:00 14 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər