Anar üç ildir ki, sədr deyilmiş- SENSASİYA

Anar üç ildir ki, sədr deyilmiş- SENSASİYA
11 oktyabr 2012
# 07:15
Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi Rəşad Məcid açıqlamasında təmsilçisi olduğu təşkilatın qurultayının 2014-cü ildə keçiriləcəyini söyləyib: “Qurultay 2009-cu ildə olmalı idi. Amma obyektiv-subyektiv səbəblərdən 3 il gecikdi. Əgər qurultayın vaxtından 3 il keçibsə, saymaq olar ki, 2009-cu ildə biz qurultayı keçirdik və həmin katibliyi, həmin tərkibi seçdilər. Deməli, növbəti qurultay da 2014-cü ildə olmalıdır”.

Azərbaycan Yazıçılar Birliyinin nizamnaməsinin III maddəsinin birinci bəndində yazılıb ki, təşkilatın ali orqanı qurultaydır və beş ildən bir çağırılır.

Qurultayın keçirilməməyi çoxlu suallar yaradır. Kulis.az ictimai təşkilatın nizamnamənin tələblərini pozaraq qurultay keçirməməyinin yaratdığı hüquqi situasiyanı araşdırıb.

Hüquqşünas İntiqam Əliyev deyir ki, ictimai təşkilatlar ildə bir dəfə yığıncaq keçirməlidir: ”Amma Azərbaycanda bu qaydaya əməl edilmir. İctimai təşkilatlar illərlə yığıncaq keçirmirlər. Söhbət konkret olaraq Yazıçılar Birliyindən gedirsə, həm qurultayın keçirilməməyi, həm də bu qurumun dövlət tərəfindən maliyyələşməsi anormaldır”.

Hüquqşünas Aslan İsmayılov fikrinə görə təşkilat qurultayın keçirilməsini xeyli yubadırsa, icra orqanlarının verdiyi qərarların legitimliyi şübhə altına düşür: “İcra orqanlarına səlahiyyəti qurultay verir. Əgər qurultay beş ildən bir keçirilirsə, demək səlahiyyət də beş illikdir. Beş ildən sonra qurultay keçirilmirsə, artıq icra orqanları səlahiyyətini itirir. İndiki halda Yazıçılar Birliyinin icraedici orqanlarının verdiyi qərarların hüquqi qüvvəsi yoxdur”.

Yazıçılar Birliyinin nizamnaməsinin III maddəsinin ikinci bəndində yazılıb ki, Azərbaycan yazıçılarının qurultayı açıq səsvermə ilə və səs çoxluğu ilə Azərbaycan Yazıçılar Birliyinin sədrini, sədrin təqdimatıyla birinci katibi və katiblərini (beş il olmaqla iki müddətdən artıq seçilə bilməz), 31 nəfərdən ibarət İH üzvlərini (adbaad və açıq), 21 nəfərdən ibarət gənclər şurasını, 5 nəfərdən ibarət təftiş komissiyası üzvlərini (adbaad və açıq) seçir.

Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu qurultayın xeyli gecikməsini belə əsaslandırıb: “Yazıçılar Birliyi bir il altı ay təmirə bağlanmışdı və birlik ümumiyyətlə fəaliyyət göstərə bilmirdi. Təmirdən sonra isə yeni avadanlıqların, kompüterlərin alınmasına altı ay vaxt sərf olundu. Daha sonra ölkəmizdə “Evrovizion” musiqi yarışması keçirildi. Biz düşündük ki, qurultayı bu tədbirdən sonra keçirsək yaxşı olar. Sonra qurultay hazırlıqlarına başladıq və hazırlıqlar bu günə qədər davam edir”.

Ədalət Əsgəroğlu məlumat verib ki, qurultay ilin axırına qədər keçiriləcək: “Qurultaya hazırlıq işləri demək olar ki, yekunlaşıb. Bir-iki texniki məsələ qalıb, o da yaxın günlərdə həll ediləcək. Qurultay ilin axırına qədər keçirilməlidir, ancaq yerlə bağlı problem olsa, tədbirin baş tutması fevralın on beşinə qədər uzana bilər. Bundan o tərəfə keçməyəcək”.

Ağa Cəfərli
# 2484 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan ədəbiyyatının ən parlaq nəsli bizik! - Orxan Həsəni

Azərbaycan ədəbiyyatının ən parlaq nəsli bizik! - Orxan Həsəni

14:57 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
Azər Turan:  "Azərbaycan ədəbiyyatının Əlisəmid Kür müxalifliyinə ehtiyacı var..."

Azər Turan: "Azərbaycan ədəbiyyatının Əlisəmid Kür müxalifliyinə ehtiyacı var..."

16:30 24 oktyabr 2025
Aygün Kazımova ilə evlənmək fikrim yoxdur

Aygün Kazımova ilə evlənmək fikrim yoxdur

12:28 24 oktyabr 2025
"Heç bir “izm” istedadsız müəllifin köməyinə çata bilməz..." - Zamanına oxşayan "səksənincilər"

"Heç bir “izm” istedadsız müəllifin köməyinə çata bilməz..." - Zamanına oxşayan "səksənincilər"

10:00 24 oktyabr 2025
Mental dəyərlərin "Açılmayan çətir"i - Elnarə Qaragözova

Mental dəyərlərin "Açılmayan çətir"i - Elnarə Qaragözova

14:00 23 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər