Beynəlxalq P.E.N Klub erməni müəllifin əsərini ayın kitabı seçdi

Beynəlxalq P.E.N Klub erməni müəllifin əsərini ayın kitabı seçdi
25 avqust 2011
# 05:00
Beynəlxalq P.E.N Klubun Türkiyə Mərkəzi avqustda erməni əyalət ədəbiyyatının son nümayəndələrindən olan Mıgırdiç Margosyanın “Gavur məhəlləsi” əsərini ayın kitabı seçib.
P.E.N Mərkəzi, 1992-ci ildə türkcə-ermənicə-kürdcə yayımlanan kitabı “mədəni fərqliliklərlə zəngin cəmiyyətimizdə hər kəsin daha dərin bir anlayışa dəvət etmək və sülh içində yaşamağımızda yardım etmək” üçün seçdiyini açıqlayıb.
Erməni əsilli türk yazıçı Mıgırdiç Margosyan Diyarbəkirin Hançepek məhəlləsində anadan olub. İstanbul Univeristetinin Ədəbiyyat Fakültəsinin Fəlsəfə bölməsində təhsil alıb.

1966-72-ci illərdə Üsküdarda erməni litseyində fəlsəfə, psixologiya, erməni dili və ədəbiyyatından dərs deyib və məktəb müdiri olub.

1984-cü ildə “Bizim oralar” adlı ilk kitabı çap olunub. Bu kitabla 1988-ci ildə ermənicə yazan yazıçılara Fransada verilən Eliz Kavukçuyan Vəqfi Ədəbiyyat Mükafatını alıb.

Bələdiyyə Məclisi Sur rayonunun Hasırlı məhəlləsində Dirəkçi küçəsinə erməni yazar Mığırtiç Margosyanın adını verib.
“Söylə Margos haralısan?”, “Zurna”, “Kürdan” adlı əsərlərinin müəllifidir.

Günel Əsgərzadə
# 1538 dəfə oxunub

Oxşar xəbərlər

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

16:30 1 may 2026
"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

12:00 1 may 2026
"Ağ maral düzənliyi"  - Bir xalqın epik yaddaşı

"Ağ maral düzənliyi" - Bir xalqın epik yaddaşı

14:00 29 aprel 2026
"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

12:00 28 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər