Elif Şəfəqin “İsgəndər”i plagiatdır?

Elif Şəfəqin “İsgəndər”i plagiatdır?
5 avqust 2011
# 12:59
Türk yazar Elif Şəfəqin “İsgəndər” romanının plagiat olması iddia olunur.

İddialar “Fikir Məhsulları Ofisi” bloqu tərəfindən gündəmə gətirilib. Bloqda “İsgəndər”dəki obraz və hadisələrin eyni ilə ingilis yazıçı Zadie Smitin “İnci kimi dişlər” əsərindən oğurlanmasını əsərləri müqayisə etməklə “sübut”a yetirib.

Bloqun qaldırdığı məsələyə “İnci kimi dişlər” romanının tərcüməçisi Məfkurə Bayatlı da reaksiya verib: “Bu qədər təsadüf olmaz. Şəfəq Zadienin kitabını nümunə götürüb, amma bu plagiatdır. Ordakı ailəni dəyişdirib türk edib və əsəri bayağılaşdırıb. Xüsusilə bir neçə hekayə çox bənzəyir. Heç təəccüblənmədim. Elə bilirlər ki, dünya ədəbiyyatını təkcə onlar izləyir. Ancaq unutmaq lazım deyil ki, bizdə də ədəbiyyatı bilən insanlar var”.

Elif Şəfəqin “İsgəndər” romanı Firatdan Londona köç edən ailənin yaşadıqlarından, cəmiyyətin oğlan uşaqlarına baxışından, insanların əslində ən çox ailələri tərəfindən incidildiyindən bəhs edir.

“Oranc” mükafatı laureatı Zadie Smitin “İnci kimi dişlər” əsərində də bənzər hadisələr anladılır. Əsərdə ailə köçü, eynən digər əsərdəki kimi Londonun kənar məhəllələrindən birində baş verən hadisələrdən bəhs olunur.

Obrazlar: İsgəndər və Millat

Əsərin qəhrəmanları Millat və İsgəndər…

Hər ikisi xarizmatikdir, dostları arasında lider, cəlbedici tiplərdir. İngilis qızları ilə görüşmələri hər ikisinin ailəsində yaxşı qarşılanmır. Hər ikisi də köçkün və ya yerli olduqlarına qərar verə bilmirlər.

Bənzər cümlələr

“Bowdenin otağı yolun altında qalırda və pəncərələrində barmaqlıqlar var idi. Ona görə bütün görüntülər yarımçıq idi. Klara çox vaxt ayaqlar, təkərlər, borular görürdü. Belə bir anlıq görüntülər çox şey deyirdi: canlı xəyal gücü cırılmış bir parçadan, yamaqlı bir corabdan, yerə yaxın ə daha yaxşı günlər görmüş bir çantadan neçə-neçə hekayə çıxa bilərdi”. (İnci kimi dişlər)

“Otağındakı xalçanın üzərində bardaş qurub oturardı. Tavana yaxın kiçik pəncərələrə baxardı ağzı açıq. Çöldə sağa-sola hərəkət edən çılğın bir ayaq axını olardı. Işə gedən, bazarlıqdan qayıdan və ya gəzməyə çıxan ayaqlar...” (İsgəndər)

Günel ƏSGƏRZADƏ
# 2207 dəfə oxunub

Oxşar xəbərlər

Ömər Xəyyamın abstrakt hiperekvivalentliyi, ya da Süni İntellektuallarımız necə yarandı?

Ömər Xəyyamın abstrakt hiperekvivalentliyi, ya da Süni İntellektuallarımız necə yarandı?

13:00 27 iyul 2026
Heç kim Lənkərandan Bakıya gəlmir, Bakıdan Lənkərana qayıtmır

Heç kim Lənkərandan Bakıya gəlmir, Bakıdan Lənkərana qayıtmır

12:30 24 iyul 2026
Yazıçının ustalığı hansı məqamda ortaya çıxır? - "Şeytan əməli" haqqında

Yazıçının ustalığı hansı məqamda ortaya çıxır? - "Şeytan əməli" haqqında

12:15 22 iyul 2026
Güzgüdə özündən başqa heç nə görməyənlər

Güzgüdə özündən başqa heç nə görməyənlər

10:00 17 iyul 2026
İnsan dostunu nə vaxt unudur? – "Qum adası"nın sirri

İnsan dostunu nə vaxt unudur? – "Qum adası"nın sirri

12:00 16 iyul 2026
Məktəbli qız niyə özünə nifrət edirdi?

Məktəbli qız niyə özünə nifrət edirdi?

12:00 15 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər