"Süni intellektin məhsuludur" - Nazirlikdən Aşurbəyovlar malikanəsi ilə bağlı açıqlama

"Süni intellektin məhsuludur" - Nazirlikdən Aşurbəyovlar malikanəsi ilə bağlı açıqlama
4 iyun 2026
# 17:00

Son günlər sosial şəbəkələrdə Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşdiyi iddia edilən, Teymur bəy Aşurbəyova məxsus olduğu deyilən möhtəşəm bir malikanənin dağılmaq üzrə olduğu barədə xəbərlər və fotolar dolaşmaqdadır. Lakin məlum olub ki, bu məlumatlar heç bir halda həqiqəti əks etdirmir.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Kulis.az-a verilən açıqlamaya görə, ərazidə yerləşən tarixi abidələrin mühafizəsi daim diqqət mərkəzindədir: "Paylaşılan o foto isə əslində, süni intellektin məhsuludur. Yəni ölkəmizdə belə bir tarixi abidə və ya tikili, ümumiyyətlə, yoxdur".

Açıqlamada qeyd olunur ki, məsələ ilə bağlı sözügedən paylaşımın müəllifi Gülnarə Novruzova ilə də əlaqə saxlanılıb. O, fotoların özü tərəfindən hazırlanmadığını və məlumatın mənbəyinin qeyri-müəyyən olduğunu etiraf edib.

Bəs əslində, Xəzər rayonunda hansı tarixi bağ evləri qorunur?

Qurumun məlumatına görə, Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarına əsasən, Xəzər rayonunda aşağıdakı tarixi malikanələr dövlət tərəfindən daşınmaz tarix-mədəniyyət abidəsi kimi mühafizə olunur:

Teymur Quliyevin bağı (inv. 2574)

İsa bəy Hacınskinin bağ evi (inv. 2575)

Şəmsi Əsədullayevin bağ evi (inv. 2576)

Əziz bəy Aşurbəyovun bağ evi (inv. 2577)

H.Z.Tağıyevin bağ evi (inv. 2579)

Qeyd olunan ərazidə yerləşən Kərbəlayi İsrafil Hacıyevin bağ evi isə hələlik bu siyahıda yoxdur. Lakin həmin bağ evinin də dövlət mühafizəsinə götürülməsi məsələsinə Ekspert Şurası çərçivəsində baxılıb və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən müsbət rəy verilib.

Yeri gəlmişkən, sosial şəbəkələrdə yayılan yalan məlumatda qeyd olunan "2117" inventar nömrəsi heç də Şüvəlandakı hansısa malikanəyə aid deyil. Bu nömrə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində – A.Zeynallı küçəsi 57 ünvanında yerləşən binanın reyestr rəqəmidir.

Sonda Dövlət Xidməti abidələrimizin qorunmasına həssas yanaşan, ictimai nəzarətə töhfə verən bütün vətəndaşlara təşəkkür edir.

Eyni zamanda, mədəni irsimizlə bağlı hər hansı narahatlıq doğuran hal və ya müdaxilə faktı ilə qarşılaşdıqda dərhal 147 qaynar xəttinə məlumat vermələri xahiş olunur.

# 127 dəfə oxunub

Oxşar xəbərlər

Nəyə lazım hamı bilə, sevirəm səni - Balaş Azəroğlu

Nəyə lazım hamı bilə, sevirəm səni - Balaş Azəroğlu

17:40 4 iyun 2026
Stiven Siqal Hollivudu tənqid etdi

Stiven Siqal Hollivudu tənqid etdi

17:24 4 iyun 2026
Sevgi macəraları ilə məşhurlaşan italyan yazıçı  - O, niyə  əsərlərini fransızca yazmışdı?

Sevgi macəraları ilə məşhurlaşan italyan yazıçı - O, niyə əsərlərini fransızca yazmışdı?

16:25 4 iyun 2026
Azərbaycan Dövlət Uşaq Filarmoniyasında konsert – “Retro dalğası”

Azərbaycan Dövlət Uşaq Filarmoniyasında konsert – “Retro dalğası”

16:08 4 iyun 2026
“Siz Anarı, Ramiz Rövşəni və başqalarını..."  - Yazıçı niyə problem həll eləməlidir?

“Siz Anarı, Ramiz Rövşəni və başqalarını..." - Yazıçı niyə problem həll eləməlidir?

16:00 4 iyun 2026
Məşhur ulduza qoyulan qadağa ləğv edildi

Məşhur ulduza qoyulan qadağa ləğv edildi

16:00 4 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər