"Anara müraciət edənlərin problemləri çox vaxt həll olunmur" – İqbal Ağazadə

"Anara müraciət edənlərin problemləri çox vaxt həll olunmur" – İqbal Ağazadə
4 iyun 2026
# 13:16

Ümid Partiyasının sədri İqbal Ağazadənin aparıcı Zaur Qəriboğlunun “Reaksiya TV” proqramında səsləndirdiyi fikirlər diqqət çəkib.

Kulis.az Globalinfo.az-ya istinadən xəbər verir ki, siyasətçi çıxışı zamanı Azərbaycanda “ziyalı” anlayışının mahiyyəti və onun cəmiyyətdəki rolu ilə bağlı fikirlərini bölüşüb.

Aparıcı, “Cəmiyyətdə ziyalı problemi var. Bəxtiyar Vahabzadə, Musa Yaqub kimi sözünü deyən ziyalılar artıq yoxdur. Doğrudur, yazıçı Anar bu gün də yazır, yaradır. Düşnürəm ki, bunun səbəbi həmin insanların zamanla lağ obyektinə çevrilmələridir ki, onlar geri çəkildilər. Niyə bu gün cəmiyyətə istiqamət verən ziyalılar görünmür?”, – sualını ünvanlayıb. İqbal Ağazadə cavabında bildirib ki, “ziyalı” anlayışı daha çox sovet dövrünün məhsuludur:

“Ziyalılıq anlayışı müəyyən tarixi mərhələlərdə formalaşıb. Xüsusən də post-sovet məkanında bu anlayış sistem tərəfindən yaradılmış bir model idi. Bu gün isə cəmiyyət həmin bölgü ilə formalaşmır. Məncə, “ziyalı” sözü tədricən gündəmdən çıxmalıdır. Axı ziyalının kim olduğunu kim müəyyənləşdirir?

1988-ci ildən başlayan proseslər bizi fərqli istiqamətə yönəltdi. Qərbi Azərbaycandan qovulan soydaşlarımızın ölkəyə gəlişi, Qarabağ məsələsinin gündəmə gəlməsi, meydan hərəkatları cəmiyyətin əsas diqqətini milli məsələlərə yönəltdi. 2023-cü ilə qədər əsas prioritet Ermənistan-Azərbaycan münaqişəsinin həlli və torpaqlarımızın geri qaytarılması idi.

Hətta siyasi institutların da başlıca şüarı bu idi. O dövrdə ziyalı hesab etdiyiniz şəxslər də məhz milli məsələlərə münasibətləri ilə önə çıxırdılar. Bu problemlər həll olunduqdan sonra isə cəmiyyətdə müəyyən ideoloji boşluq yaranıb”.

İqbal Ağazadə qeyd edib ki, yazıçı və ya şair olmaq insanı birbaşa ziyalı etmir:

“Siz Anarı, Ramiz Rövşəni və başqalarını ziyalı hesab edirsiniz. Amma ziyalılıq nədir? Şeir yazmaq, roman müəllifi olmaq, aktyor və ya aktrisa kimi fəaliyyət göstərmək ziyalı olmaq demək deyil. Bunlar peşələrdir.

Məsələn, Anar yazıçıdır. Bir qrup insan yığışıb onun üzərinə getməyib ki, Anar müəllim bizdə demokratiyanın vəziyyəti necə olacaq? İnsanlar ona daha çox tanınmış şəxs olduğu üçün müraciət edir, şəxsi problemlərinin həllində kömək gözləyirlər. Lakin bu, ziyalılıq meyarı deyil.

Onlara müraciət edənlər şəxsi problemi üçün gedirlər ki, tanınmış adamlardırlar, hər yerə əlləri çatır, problemləri həll olunsun. Kənddə də icraya, bələdiyyəyə müracət edirlər. Anara müraciət edənlərin problemləri çox vaxt həll olunmur. Ziyalı anlayışı isə tamam fərqlidir. O zaman istifadə olunardı ki, müəyyən qrup insan yığışardılar, hökumət qarşısında hansısa ciddi məsələni qaldırardılar. Sizin dediyiniz həmin ziyalılar bu kimi addımlar atmırlar”.

# 1106 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

18:30 29 sentyabr 2026
Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

18:00 29 sentyabr 2026
“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

17:54 29 sentyabr 2026
Stiven Kinqin romanı ekranlaşdırılacaq

Stiven Kinqin romanı ekranlaşdırılacaq

17:30 29 sentyabr 2026
Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

17:00 29 sentyabr 2026
Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

16:30 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər