Aqil Abbasdan Aqşinə dəstək

Aqil Abbasdan Aqşinə dəstək
26 iyul 2011
# 12:52
Kulis.az"da Aqşin Yeniseyin Babəklə bağlı maraqlı bir yazısını oxudum və xoşuma gəldi. Və əslində Aqşinin dediyini Cəfər Cabbarlı 80 il bundan əvvəl demişdi. Elxanın monoloqunu yadınıza salın. Mən yazmıram, zəhmət çəkin oxuyun. Yəni Aqşinin hərə qoltuğuna bir bloknot vurub gəlir ifadəsi həmin monoloqda var.

Amma çox qəribədir ki, Aqşinin məqaləsinə yazılan şərhlərdə onun demək istədiyi qalıb bir yanda, hamı bu gənc yazarı dinsizlikdə, Allahsızlıqda ittiham edir.

Deyirəm bəlkə bu Aqşini Cordano Bruno kimi ya tonqala ataq, ya Nəimi kimi şaqqalayaq, ya da Nəsimi kimi dərisini soyaq?

Babək heç vaxt dinə qarşı vuruşmayıb, bunu beynimizə belə yeridiblər. Həm sovet ideoloqları, həm də ərəb tarixçiləri. Bu Babəkin böyüklüyünü kiçiltməkdən başqa bir şey deyil. Babək Vətəninin azadlığı uğrunda işğalçılara qarşı vuruşub. Çünki hər işğalçı gələndə işğalçılığına don geyindirmək üçün hansısa xoşgör məqsədlərdən istifadə edir. Biri dindən, biri ürəyi yanımcıllıqdan (məsələn, NATO-nun Liviya xalqına, ya İraqa ürəyi yandığı kimi), biri yatırım qoymaqla, nə bilim ey, biri də hansısa nəyi...

Aqşin də bunu demək istəyib və deyib də.

Ədalət qəzeti
# 2218 dəfə oxunub

Oxşar xəbərlər

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
Silviya Platın psixiatrla qəribə  dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

13:00 27 oktyabr 2026
"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər