Google Plus-da axmaq dostluq təklifləri olmayacaq - TƏHLİL

Google Plus-da axmaq  dostluq təklifləri olmayacaq - TƏHLİL
7 iyul 2011
# 14:49
Google şirkəti artıq bir neçə gündür ki, Google+ (plus) adlı sosial şəbəkəsinin test rejimini istifadəçilərin ixtiyarına verib. Bütün dünyada səbrsizliklə gözlənilən Google+ bizim ölkədə də maraqla qarşılanıb.

Dünyada Facebook istifadəçilərinin sayı 700 milyona yaxınlaşır. Azərbaycanda da istifadəçilər durmadan artır. Statistikaya görə, 9 milyonluq Azərbaycanda 500 min Facebook istifadəçisi var. Görəsən, bu şəraitdə Google+ Facebookla rəqabət apara biləcəkmi?

Sosial media mütəxəssislərinin bəziləri hesab edir ki, Facebook-un artıq oturmuşmuş bir sistemi var. Həmçinin istifadəçi sayına görə Google Plus-un Facebook çatmasına hələ çox var.

Google şirkətinin nəhəngliyini nəzərə alsaq, rəqabətin mümkünlüyü ağlabatandır.

Google Plus ilk dəfə olaraq sosial şəbəkə istifadəçilərinə video konfrans imkanı yaradıb.

Bundan sonra Facebook dərhal işə keçib. Artıq bu şəbəkədə də video görüntülərlə danışmaq imkanı var.

Ümumiyyətlə, hər iki sosial şəbəkə arasında xeyli sayda oxşarlıqlar var.

Ancaq fərqlər də az deyil.

Deyəsən, Google Facebook-u təqlid etməklə deyil, daha üstün imkanlar verməklə məğlub etmək istəyir.

Facebook özü ayrıca bir şirkətdir. Sürətlə böyüməsinə baxmayaraq, Facebook-dakı proqramlara hələ də şirkətin özü tərəfindən idarə olunur. Google+un isə uğurlu olmaq kimi bir məcburiyyəti yoxdur.

Onsuz da bütün dünya axtarış üçün Google-a üz tutur. Google da digər xidmətlərini burdan öz istifadəçilərinə təklif edir.

Google+da dostluq Facebook-dan fərqli olaraq heç kimə dostluq göndərmirsən. İstədiyin adamı öz dairənə (circle) əlavə edirsən. Circle başlanğıcda Facebook qruplarına bənzəsə də, tamamilə fərqlidir.

Circle-ə əlavə etdiyiniz adamın fəaliyyəti sizin divarınızda çıxır.

O, isə sizi öz dairəsinə əlavə etməsə fəaliyyətinizdən xəbərsiz qalır.

Bu funksiyasına görə Google+ Twitterə daha çox bənzəyir. Beləliklə, burada sizi Facebook-dakı bezdirici dostluq təklifləri gözləmir.

Siz müxtəlif dairələr yaradırısınız (dostlar, ailə, iş yoldaşları və s.) və paylaşımlar edəndə hansı dairənin onu görməsini də özünüz seçirsiniz. Yəni Google+da gizlilik daha çox təmin olunur.

Tutaq ki, siz hansısa bir foto paylaşmaq istəyirsiniz və bu fotonu ailənizin görməsindən narahatsınız. O zaman ailə çevrəsini buraya daxil etmirsiniz. Həmin fotonu, məsələn, dostlarınız görür ancaq.

Google özünü sosial şəbəkəsində Picasa adlı foto proqramından istifadə edir. Burdanda Facebook-la daha bir fərq ortaya çıxır. Google+a yüklənmiş fotoların keyfiyyəti azalmır. Ancaq Facebook-da fotoların keyfiyyəti bir neçə dəfə azalırdı.

Google-un Türkiyədəki rəhbəri Bülent Hiçsönmez “Hürriyət” qəzetinə verdiyi müsahibəsində deyir ki, Google Plus Facebook-a rəqib kimi yaradılmayıb:

“Sosial münasibətlər artıq internetdə çox önəmli ter tutur. Amma internet insanların normal həyatddakı paylaşımlarını tam olaraq əhatə edə bilmir. İnsanların normal həyatdakı paylaşım alqoritmini, dinamizmini internetə gətirə bilmək, Google məhsullarını buna uyğunlaşdırmaq Google Plus-ın birinci məqsədidir. Məsələn, real həyatda iş yoldaşlarınla paylaşdığın hər hansısa bir şeyi başqa dostlarına paylaşa bilmirsən. İndiki platformalarda belə bir şey yoxdur. Google Plus isə bunu gerçəkləşdirir. Dostlarını qruplara bölürsən. Özün də maraqlandığın qruplara tez-tez nəzər salıb bilgilər ala bilirsən”.

Elmin HƏSƏNLİ
# 813 dəfə oxunub

Oxşar xəbərlər

Dünyanı dəyişmək mümkün deyilsə, çıxış yolu nədədir?

Dünyanı dəyişmək mümkün deyilsə, çıxış yolu nədədir?

15:00 15 may 2024
Həmid Herisçinin xəyanəti, Anarın qələbəsi və AYBO

Həmid Herisçinin xəyanəti, Anarın qələbəsi və AYBO

09:00 8 may 2024
"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

15:00 6 may 2024
Məşhur yazıçının faciəvi həyatı və itkin məzarı

Məşhur yazıçının faciəvi həyatı və itkin məzarı

09:01 6 may 2024
Ərinə itaət edən qadının böyüklüyü

Ərinə itaət edən qadının böyüklüyü

09:00 3 may 2024
"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

12:00 1 may 2024
#
#
# # #