writer1

Fəridə Zero

Məqalə sayı

21
clock11:10 calendar-gray 03 Dekabr 2020 view-gray1709 dəfə oxunub
view-gray1709 dəfə oxunub

Xudayarın nəğmə ilə layla çaldığı məzar

Bakı-Qazax yolu uşaqlığımın tən ortasından keçən ağ zolaq olub.

İllərlə gah maşınla, gah avtobusla bu yolu getmişəm. Yol boyunca evləri, ağacları, lövhələri, kənd adlarını saya-saya keçirdim.

Pəncərədən burulub dairə şəklində fırlanan və geridə qalan yaşıl zəmilər dünyanın yuvarlaq olduğuna inandırırdı məni.

Ağaclar, maşınlar, inəklər, adamlar...

Hər şeyi geridə qoyub sonra da yenidən ora qayıtmaq...

Elə bilirdim, hər şey həmin vaxt sadəcə mən ordan keçim deyə var.

Əyləncəli idi.

Sadəcə, tək bir yer vardı ki, ora çatanda hər dəfə dəyişirdi əhvalım. Hər ordan keçəndə uşaq ağlımla ciddiləşməyə cəhd edirdim. Gözlərim dolur, sanki dünyanın da rəngi dəyişirdi, hətta burulub, qıvrılan, dairə şəklinə düşən dünya kiçilib balaca bir qutuya çevrilirdi. Ürəyim sıxılırdı. Bakı-Qazax yolunun hansısa kilometrində unudulmuş, kol-kos basmış əsgər məzarı...

Hər il ən az dörd dəfə onunla rastlaşırdım o yolda. Hərdən kolluqda itmiş olurdu o məzar. Hərdən üstündə solğun bir səməni, hərdən qərənfil, hərdən də qırmızı lent görürdüm. Balaca, düzbucaqlı, qara bir lövhənin üstündə sanki ağ təbaşirlə yazılmışdı: “Naməlum əsgər məzarı”

Mənim uşaqlığımın cavabsız suallarından biri idi bu – əsgər necə naməlum olur axı?

Beş ildən çoxdur o yoldan son dəfə keçdiyim.

İtkin düşmüş əsgərlərlə bağlı xəbər mənə yoldakı o balaca lövhəni – naməlum əsgər məzarını xatırladır.

Görəsən, heç kim axtarmayıb onu?

Ya hələ də gözləyəni varmı?

Ya da görəsən, indi itkin düşən uşaqlardan hansısa o yolda o məzarı görmüşdü haçansa?

Nə qəddar düşüncə imiş – hər şey o yolda sadəcə haçansa sən ordan keçəsən deyə var...

Şəhid əsgər Xudayarın qəmzəli yanaqlarında nisgilli təbəssümlə oxuduğu nəğməsi günlərdir mənim də başımda dumana dönüb. Yumru dünya yenə kiçilib qutuya dönüb.

Uşaqlıq illərimdəki eyni qəddar düşüncə yenə beynimə hakim kəsilir - bəlkə də hər şey, sadəcə sən öz nəğməni oxuyasan deyə vardı...

Məni əylənə-əylənə böyüdən o düşüncə indi diksindirir.

Qəmzəli, təbəssümlü, nisgilli o məlum nəğmə bütün naməlum əsgər məzarlarına deyilən laylaydır sanki.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Lal deyil, amma ömrü boyu danışmır...
11:01 05 Mart 2021
Berlin Film Festivalında Azərbaycan düzəlişi
10:14 05 Mart 2021
Erməni generalını boğan şəhid haqqında roman - İlk hissə
09:00 05 Mart 2021
Acından kirpikləri tökülən, evlənməkdən qorxan, mənzilində yiyəsiz ölən Əməkdar artist
21:00 04 Mart 2021
O, ölümə qaçdığının fərqində deyildi – Cavanşir Yusifli yazır…
18:11 04 Mart 2021
İsa peyğəmbər öldürülməyib: Bunu Quran da təsdiq edir
17:34 04 Mart 2021
Xalça Muzeyi fəaliyyətini dayandırır
16:47 04 Mart 2021
Milli Dram Teatrının mart repertuarı
16:08 04 Mart 2021
Tağıyevin gənc arvadının soyadını götürdü, Nağıyev evini əlindən aldı, bığını qırxdığı üçün nəsli ilə düşmən oldu - Ərəblinskini kim güllələyib?
15:02 04 Mart 2021
Cavanşir Məmmədovun çırtması, pampersli quzu
13:10 04 Mart 2021
"Neftlix"dən yenilik - Smartfonlar üçün əlavə
12:17 04 Mart 2021
Məşhur verilişin dəhşətli yalanı: Müxbirimiz aparıcı qıza necə vuruldu? – Studiyadan Reportaj
11:33 04 Mart 2021
"Şair ağacın altında durub..." - İmtahan mərkəzinə bizdən sual
10:49 04 Mart 2021
Şəhid Cəbrayıl Dövlətzadədən roman yazıldı – Sabahdan Kulisdə
10:18 04 Mart 2021
Ssenari müsabiqəsinin siyahısı açıqlandı
09:45 04 Mart 2021
Aristotelin ayaqqabısını geyinən İsa - Aqşin Yenisey yazır...
09:01 04 Mart 2021
Hacıbaba Hüseynovun qızı: “Atam onların üzünə söyürdü” - Müsahibə
21:03 03 Mart 2021
Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb
18:40 03 Mart 2021
“Azərbaycan” jurnalının yeni sayı çap olundu
18:01 03 Mart 2021
Amerikalıları heyrətləndirən şuşalı qadın - Vilayət Quliyev yazır...
17:14 03 Mart 2021