"Ulduzlu gecə", "Kartof yeyənlər" – Vinsent van Qoqun 5 əsəri

"Ulduzlu gecə", "Kartof yeyənlər" – Vinsent van Qoqun 5 əsəri
29 iyul 2026
# 18:40

Vinsent van Qoq Qərbi Avropa təsviri sənət tarixinin ən nüfuzlu simalarından biri, niderlandlı postimpressionist rəssamdır. Gəncliyində incəsənət taciri və vaiz kimi fəaliyyət göstərsə də, yalnız 27 yaşında ciddi şəkildə rəssamlığa başlamaq qərarına gəldi.

Yaradıcılığının ilk illərində kəndlilərin ağır həyatını tünd və tutqun tonlarla təsvir edən Van Qoq 1886-cı ildə Parisə köçdükdən sonra impressionizmlə tanış olub, palitrasını parlaq rənglərlə zənginləşdirərək özünəməxsus ekspressiv üslubunu formalaşdırıb.

Ömrünün son illərini Fransanın cənubunda psixi sarsıntılar və dərin depressiya ilə mübarizə apararaq keçirib.

Bütün bu mənəvi böhranlara baxmayaraq, o, cəmi 10 illik rəssamlıq karyerası ərzində 2100-dən çox sənət əsəri, o cümlədən 860-a yaxın yağlı boya rəsmi, ərsəyə gətirib.

Sağlığında maddi çətinliklər çəkən və yalnız bir neçə əsəri satılan rəssam, 1890-cı ildə 37 yaşında faciəvi şəkildə intihar edib. Mənəvi və maddi cəhətdən ona həyatı boyu ən böyük dəstəyi isə qardaşı Teo van Qoq verib.

Van Qoqun dinamik fırça zərbələri və canlı rəng dünyası müasir ekspressionizm cərəyanının təməlini qoyub.

Kulis.az sənətçinin 5 əsərini təqdim edir.

“Çiçəklənən badam ağacı”

“Qarğalı buğda tarlası”

“Ulduzlu gecə”


“Rona üzərində ulduzlu gecə”

“Kartof yeyənlər”

# 829 dəfə oxunub

Oxşar xəbərlər

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər