Al Paçino SAG-AFTRA-nın ömürboyu nailiyyət mükafatına layiq görüləcək

Al Paçino  SAG-AFTRA-nın ömürboyu nailiyyət  mükafatına layiq görüləcək
16 oktyabr 2026
# 11:40

Hollivud ulduzu Al Paçino SAG-AFTRA-nın Ömürboyu Nailiyyət Mükafatının növbəti laureatı seçilib. Mükafat kino və televiziya sənətində uzunmüddətli nailiyyətlərlə yanaşı, humanitar fəaliyyətə və aktyor peşəsinin inkişafına verilən töhfələri də nəzərə alır.

Kulis.az xəbər verir ki, 86 yaşlı aktyor bu mükafatın 62-ci laureatı olacaq.

Paçino xüsusilə "The Godfather" trilogiyasında Maykl Korleone roluna, eləcə də "Dog Day Afternoon" və "Scent of a Woman" filmlərindəki ifalarına görə dünya miqyasında tanınır.

Aktyor bildirib ki, ömrünün böyük hissəsini axtarış və tərəddüdlərlə keçirsə də, ssenari və həmkarları ilə işləmək ona həmişə doğmalıq hissi verib. O, peşəkar fəaliyyətinin belə bir mükafatla qiymətləndirilməsini şərəf saydığını vurğulayıb.

Paçino 1972-ci ildə Frensis Ford Koppolanın "The Godfather" filmində çəkildikdən sonra kino tarixinin ən nüfuzlu aktyorlarından birinə çevrilib. Həmin rola görə ilk dəfə Oskar mükafatına namizəd göstərilən aktyor sonrakı illərdə "Serpico", "The Godfather II"və "Dog Day Afternoon" filmlərinə görə də ardıcıl namizədliklər qazanıb. O, nəhayət, 1993-cü ildə "Scent of a Woman" filmindəki roluna görə “Ən yaxşı aktyor” nominasiyasında Oskar alıb.

Aktyorun ümumilikdə doqquz Oskar namizədliyi, iki “Emmi”, dörd “Qızıl qlobus” və müxtəlif peşəkar mükafatları var. SAG-AFTRA onun xeyriyyə fəaliyyətini, fövqəladə hadisələrdən zərər çəkənlərə dəstəyini, aclıq və yoxsulluqla mübarizədə iştirakını, eləcə də yerli teatr qurumlarına köməyini ayrıca qeyd edib.

Mükafat 2027-ci il fevralın 28-də Los-Ancelesdə keçiriləcək 33-cü Actor Awards mərasimində təqdim olunacaq. Tədbir "Netflix" platformasında canlı yayımlanacaq.

# 103 dəfə oxunub

Oxşar xəbərlər

"Netflix"  məzmun siyasətinə rəhbərlik edən şəxsi dəyişir

"Netflix" məzmun siyasətinə rəhbərlik edən şəxsi dəyişir

12:30 16 oktyabr 2026
Kristian Munqunun yeni filmi Norveç və Rumıniyada ciddi mübahisələr doğurdu

Kristian Munqunun yeni filmi Norveç və Rumıniyada ciddi mübahisələr doğurdu

11:00 16 oktyabr 2026
Kazuo İşiquronun məşhur romanı əsasında film çəkildi

Kazuo İşiquronun məşhur romanı əsasında film çəkildi

10:40 16 oktyabr 2026
Tom Kruz və İnyarritunun "Digger" filmi  kino tarixinin ən böyük maliyyə iflaslarından birinə çevrilir

Tom Kruz və İnyarritunun "Digger" filmi kino tarixinin ən böyük maliyyə iflaslarından birinə çevrilir

17:30 15 oktyabr 2026
"44" bədii filminin xüsusi tizeri yayımlandı

"44" bədii filminin xüsusi tizeri yayımlandı

18:54 14 oktyabr 2026
“Narniya”nın ilk treyleri yayımlandı – Qreta Qerviqdən 280 milyon dollarlıq film

“Narniya”nın ilk treyleri yayımlandı – Qreta Qerviqdən 280 milyon dollarlıq film

18:00 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər