Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başladı
Lent.az-ın məlumatına görə, forumun açılış mərasimi “Gülüstan” sarayında keçirilir. Açılış mərasimində ölkə başçısı İlham Əliyev də iştirak edir. Ümumilikdə isə foruma 5 qitədən, 20 ölkədən 435 qonaq qatılıb. Qonaqlar arasında Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğlu, İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, AŞ-nın sabiq baş katibi, Dünya İctimai Forumunun Beynəlxalq Əlaqələndirmə Komitəsinin sədri Valter Şvimmer, UNESCO və BMT rəsmiləri də var.
Forumun proqramına uyğun olaraq açılış mərasimindən sonra birinci sessiyada “Gəlin, dünyanı bölüşdürməyək” mövzusu müzakirə ediləcək. Forumda hər bir sessiya üzrə xüsusi müzakirə sənədləri olacaq. Mədəniyyət, incəsənət və irslə bağlı sessiya Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Avropa Şurasının birgə təşkilatçılığı ilə baş tutacaq. Dinlərarası mövzu Avropa Şurasının Şimal-Cənub Mərkəzi, “Müasir medianın mədəniyyətlərarası dialoqun təbliğində rolu”, eyni zamanda “Mədəniyyətlərarası dialoqun müasir inkişaf prosesində rolu” ilə bağlı sessiya BMT-nin Sivilizasiyalar Alyansı, “Qadınların mədəniyyətlərarası dialoqda rolu” mövzusunda sessiyası isə UNESCO tərəfindən təşkil olunacaq. Bütün sessiyalarda Mədəniyyət və Turizm Nazirliyi bilavasitə təşkilatçı kimi iştirak edir.
Xəyalə Muradlı

Oxşar xəbərlər
Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu
16:00
23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu
16:00
22 sentyabr 2026
Naməhrəm - Alpay Azərin yeni hekayəsi
12:00
22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları
10:00
21 sentyabr 2026
Azadlıq quşu - Aron Tamaşinin hekayəsi
14:00
20 sentyabr 2026
Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"
12:00
19 sentyabr 2026