Əfsanəvi rok qrupundan bəhs edən filmin nümayiş tarixi açıqlandı

Əfsanəvi rok qrupundan bəhs edən filmin nümayiş tarixi açıqlandı
6 noyabr 2026
# 14:36

Əfsanəvi alman rok qrupu "Scorpions"un yaradıcılıq yolunu və mədəni təsirini ekrana gətirən "Wind of Change" filminin nümayiş tarixi bəlli olub.

Kulis.az xəbər verir ki, "Fox Entertainment Global" və "ESX Entertainment"in birgə istehsalı olan ekran işi 2027-ci ilin yanvarında Almaniyada, mart ayında isə Şimali Amerikada preymera edəcək.

Film qrupun 1965-ci ildəki ilk addımlarından başlayaraq Şərq və Qərb arasındakı siyasi bölünməni musiqi ilə aşmaq cəhdlərinə fokuslanır.

Ekran əsərinin emosional mərkəzində soyuq müharibənin başa çatmasını, ümid və sülhü simvolizə edən, dünya üzrə 14 milyon kopya satan eyniadlı kult hit dayanır.

Rejissor kreslosunda Aleks Ranarivelonun əyləşdiyi layihədə "Rock You Like a Hurricane" və "Still Loving You" kimi digər məşhur mahnılar da yer alır.

Filmdə qrupun yaradıcısı Rudolf Şenkeri Aleksander Dreymon, unudulmaz vokalist Klaus Mayneni isə Lyudviq Trepte canlandırır.

Aktyor heyətində həmçinin Ed Spelirs, Lyuk Brendon Fild və qrupun meneceri Dok MakGi rolunda Dominik Vest yer alıb.

# 317 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər