Milli Kitabxanada “Xalq rəssamı Kamil Əliyev – 105” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan Kulis.az-a bildirilib ki, sərgilərdə rəssamın əsərləri, həyat və yaradıcılığı haqqında Azərbaycan və rus diində ədəbiyyatlar, dövri mətbuat materialları yer alıb.
Rəssamın 1998-ci ildə yaratdığı, yüksək bədii xüsusiyyətlər kəsb edən, böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin portreti də belə əsərlərdəndir. Azərbaycanda ilk dəfə xalça muzeyinin açılması da Kamil Əliyevin adı ilə bağlıdır. Kamil Əliyevin çeşniləri əsasında toxunmuş xalçalar respublikamız müstəqillik qazandıqdan sonra dünyanın bir çox ölkələrində uğurla nümayiş etdirilib. Azərbaycan xalçasının şöhrətini daha da artıran bu qədim el sənətinin nümunələri ən mötəbər muzeylərdə, o cümlədən Londonun məşhur “Viktoriya və Albert” muzeyində saxlanılır.