“Türk dünyası- ortaq mədəniyyət, ortaq dəyərlər” layihəsi - Gənclər Kitabxanasında

“Türk dünyası- ortaq mədəniyyət, ortaq dəyərlər” layihəsi - Gənclər Kitabxanasında
22 oktyabr 2026
# 17:30

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında həyata keçirilən “Türk dünyası- ortaq mədəniyyət, ortaq dəyərlər” layihəsinə start verilib.

Kitabxanadan Kulis.az-a bildirilib ki, layihə türk xalqlarının ortaq ədəbi-mədəni irsinin tanıdılması, milli-mənəvi dəyərlərin qorunması və qədim yazılı abidələrimizin müasir texnologiyaların imkanlarından istifadə etməklə daha geniş auditoriyaya çatdırılması məqsədilə həyata keçirilir.

Layihə çərçivəsində ilk təqdimat Azərbaycan xalqının zəngin mənəvi irsini, qədim Türk dünyasının ortaq dəyərlərini özündə yaşadan “Kitabi-Dədə Qorqud” dastanına həsr olunub. Süni intellekt texnologiyaları vasitəsilə hazırlanan təqdimatın elmi məsləhətçisi akademik Nizami Cəfərovdur.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan təqdimatda Azərbaycan ədəbiyyatının və ümumtürk mədəniyyətinin möhtəşəm nümunələrindən olan “Kitabi-Dədə Qorqud”un əsrlər boyu xalqımızın qəhrəmanlıq ruhunu, adət-ənənələrini, dünyagörüşünü, ailə və cəmiyyət münasibətlərini, mənəvi dəyərlərini özündə yaşadan qiymətli abidə olmasından, dastanda əksini tapan igidlik, vətənə bağlılıq, böyüyə hörmət, ailəyə sədaqət, birlik və həmrəylik kimi dəyərlərin bu gün də öz aktuallığını qorumasından bəhs olunur.

Təqdimatda dastanın Azərbaycan tarixi, coğrafi və dil baxımından bağlılığı, onun ideya-bədii xüsusiyyətləri, eləcə də qorqudşünaslıq sahəsində aparılmış elmi araşdırmalar diqqət mərkəzinə gətirilir. Materialda “Kitabi-Dədə Qorqud” dastanının tədqiqinə mühüm töhfələr vermiş Həmid Araslı, Fuad Köprülü, Məhərrəm Ergin, Şamil Cəmşidov, Tofiq Hacıyev, Kamil Vəliyev, Kamal Abdulla, Nizami Cəfərov kimi akademiklərin, alimlərin fəaliyyəti, onların dastanın mətninin öyrənilməsi, nəşri, tarixi köklərinin araşdırılması və elmi ictimaiyyətə tanıdılması istiqamətində xidmətlərindən bəhs olunur.

Materialda dastanın tədqiqində mühüm yeri olan elmi nəşrlər və araşdırmalar haqqında məlumatlar da yer alır. Drezden və Vatikan əlyazma nüsxələri əsasında mətnin öyrənilməsi, dastanın tarixi-coğrafi xüsusiyyətlərinin araşdırılması, bədii dili və poetikasının təhlili, qədim türk ədəbiyyatı ilə əlaqələrinin müəyyənləşdirilməsi qorqudşünaslığın əsas istiqamətləri kimi təqdim olunur.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Türk xalqları: ortaq dəyərlər, ortaq mədəniyyət” layihəsi vasitəsilə ortaq tarixi yaddaşın, ədəbi irsin və mənəvi dəyərlərin təbliğinə töhfə verir. Layihə çərçivəsində digər türk xalqlarının da milli-mədni irsi, qədim dastanları, eposları haqqında təqdimatların hazırlanması nəzərdə tutulur.

# 82 dəfə oxunub

Oxşar xəbərlər

Klod Monenin  tablosu Parisdə rekord qiymətə hərraca çıxarıldı

Klod Monenin tablosu Parisdə rekord qiymətə hərraca çıxarıldı

18:30 22 oktyabr 2026
Xalq artisti Firəngiz Əlizadəyə ağır itki

Xalq artisti Firəngiz Əlizadəyə ağır itki

18:10 22 oktyabr 2026
Türkiyədə  arxeoloji qazıntılar zamanı qədim tapıntılar aşkarlandı

Türkiyədə arxeoloji qazıntılar zamanı qədim tapıntılar aşkarlandı

18:00 22 oktyabr 2026
Əfsanəvi təbiət serialının üçüncü mövsümü yayımlanacaq

Əfsanəvi təbiət serialının üçüncü mövsümü yayımlanacaq

17:00 22 oktyabr 2026
Leyla Əliyeva Səmərqənddə  İmam əl-Buxari memorial kompleksində

Leyla Əliyeva Səmərqənddə İmam əl-Buxari memorial kompleksində

16:51 22 oktyabr 2026
Milli Kitabxanada “Xalq rəssamı Kamil Əliyev – 105”  adlı sərgi açıldı

Milli Kitabxanada “Xalq rəssamı Kamil Əliyev – 105” adlı sərgi açıldı

16:30 22 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər