Yeni monotamaşanın oxunuş məşqləri başlandı

Yeni monotamaşanın oxunuş məşqləri başlandı
27 may 2024
# 13:40

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yeni monotamaşanın oxunuş məşqləri başlanıb.

Teatrın mətbuat katibindən Kulis.az-a verilən məlumata görə alman dramaturqu Tankert Dorstun eyniadlı pyesi əsasında hazırlanan "Mən Feyerbaxam" adlı monotamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, rejissor Şövqi Hüseynov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Zaur Rəşidovdur.

Bir hissəli səhnə əsərində Əməkdar artist Şövqi Hüseynov iştirak edəcək.

Feyerbax adlı aktyor uzun illər ruhi xəstəxanada yatdıqdan sonra müalicə olunub yenidən çox sevdiyi teatra qayıtmaq qərarına gəlir. O, aktyorluğa həvəslidir və teatrı bir nemət kimi qəbul edir. O, aktyorların yoxlanılması və 7 il əvvəl teatrda itirdiyi əsl simasına qayıtmaq üçün yenidən səhnəyə çıxır. Vaxtilə birgə işlədiyi rejissorları yenidən görmək ümidi ilə səhnəyə çıxsa da, qarşısında onları görməz.

Tamaşa zahirən seçim imtahanı kimi görünsə də, daha dərindən bir aktyorun yaşadığı problemlərdən, o problemlərlə mübarizəsindən və mübarizədəki tənhalığından bəhs edir.

Qeyd edək ki, monotamaşa oktyabr ayında ölkəmizdə keçiriləcək monotamaşa festivalı üçün nəzərdə tutulub.

# 2476 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər