Coşqun Xəliloğlu Beynəlxalq Mahmud Qaşqari Hekayə Müsabiqəsinin qalibi oldu

Coşqun Xəliloğlu  Beynəlxalq Mahmud Qaşqari Hekayə Müsabiqəsinin qalibi oldu
28 oktyabr 2026
# 12:27

Avrasiya Yazıçılar Birliyinin (AYB), UNESCO üzrə Türkiyə Milli Komissiyasının və TÜRKSOY-un təşkilatçılığı ilə keçirilən VIII Beynəlxalq Mahmud Qaşqari Hekayə Müsabiqəsinin Türk dünyası üzrə region birinciləri bəlli olub.

Kulis.az xəbər verir ki, Avrasiya Yazıçılar Birliyinin yaranmasının 20-ci ildönümü çərçivəsində təşkil edilən bu müsabiqə "Sözlərdən körpülər qurduq... Türk dünyasının ən geniş əhatəli hekayə müsabiqəsi" şüarı altında baş tutub.

Müsabiqənin Azərbaycan üzrə qalibi "Sonuncu iş günü" hekayəsi ilə yazar Coşqun Xəliloğlu olub.

VIII Beynəlxalq Mahmud Qaşqari Hekayə Müsabiqəsində regionlar və ölkələr üzrə birinci yerə layiq görülən yazıçıların və hekayələrin tam siyahısını təqdim edirik:

Azərbaycan: Coşqun Xəliloğlu – "Sonuncu İş Günü"


Türkiyə: Recep Subaşı – "Pis Çizmeler, Temiz Çoraplar"


Qazaxıstan: Kakeş Bakıtjol – "Estilmeytin Küy"


Özbəkistan: Mahmadaliyev Erkinjon – "Kondan Biçilgan Kafan"


Qırğızıstan: Zinakan Pasanova – "Köşögösüz Koluktu"


Türkmənistan: Recebov Akmırat – "At-Murad"


Şimali Makedoniya: Gülay Alçe – "İskender Bey"


Tatarıstan: Liliya Gibadullina – "Aliya"


Saxa (Yakutiya): Agrafena Kuzmina – "Bir Adım, Bir Nefes"


Uyğur: Habibulla Ablimit – "Kürşad"


Qaraçay: Aybazlanı Soltan – "Abay Akka"


Malkar: Musukolani Sakinat – "Hudojnik"

Avrasiya Yazıçılar Birliyinin (AYB) sədri Ufuk Tuzman qalibləri təbrik edərək onların hər birinə yaradıcılıq uğurlarının davamlı olmasını arzulayıb.

Bir mətn illüstrasiyası ola bilər

# 135 dəfə oxunub

Oxşar xəbərlər

Qorxunc həkim, yoxsa hamıdan xeyirxah insan? - "Doktor Aybolit"in əsl prototipləri

Qorxunc həkim, yoxsa hamıdan xeyirxah insan? - "Doktor Aybolit"in əsl prototipləri

13:30 28 oktyabr 2026
İranda Azərbaycan əsilli rejissorla bağlı həbs qərarı

İranda Azərbaycan əsilli rejissorla bağlı həbs qərarı

13:24 28 oktyabr 2026
“Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya”  mövzusunda sessiya keçirildi

“Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusunda sessiya keçirildi

13:17 28 oktyabr 2026
"Dünyadan qorunmağın yeganə yolu onu dərindən tanımaqdır..." - Con Lokkun sitatları

"Dünyadan qorunmağın yeganə yolu onu dərindən tanımaqdır..." - Con Lokkun sitatları

13:00 28 oktyabr 2026
“Mercury Prize”  mükafatının qalibi açıqlandı

“Mercury Prize” mükafatının qalibi açıqlandı

12:30 28 oktyabr 2026
Dreykə qarşı müəlliflik hüququ iddiası geri götürüldü: “Janice STFU” işi hələlik bağlandı

Dreykə qarşı müəlliflik hüququ iddiası geri götürüldü: “Janice STFU” işi hələlik bağlandı

12:00 28 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər