"İnsan ağlı həqiqətdən daha çox yalana inanmağa meyillidir..." - Rotterdamlı Erazm

"İnsan ağlı həqiqətdən daha çox yalana inanmağa meyillidir..." - Rotterdamlı Erazm
28 oktyabr 2026
# 14:00

Bu gün ilahiyyatçı, alim, yazar və mütəfəkkir Rotterdamlı Erazmın doğum günüdür.

Kulis.az onun əsərlərindən müəyyən fikirləri təqdim edir.

Bir millətin əsas ümidi gənclərinin düzgün tərbiyəsindədir.

***

Əvvəlcə ən yaxşı kitabları oxu. Əsas məsələ nə qədər çox bilməyin deyil, bildiklərinin keyfiyyətidir.

***

İnsan ağlı həqiqətdən daha çox yalana inanmağa meyillidir.

***

Günümüzün əksər hökmdarlarını göz önünə gətirin: qanundan bixəbər, xalqının mənafeyinə az qala düşmən kəsilmiş, ancaq şəxsi rahatlığını düşünən, həzz düşkünü, elmin, azadlığın və həqiqətin qənimi, vətəninin maraqlarına zərrə qədər önəm verməyən, hər şeyi yalnız öz mənfəəti və istəkləri ilə ölçən bir insan.

***

İşıq saç, zülmət öz-özünə yox olub gedəcək.

***

Xoşbəxtliyin əsas şərti budur: kim olduğunu qəbul edib elə o cür də qalmaq istəmək.

***

Zülmə göz yuman hər kəs bu cinayətin şərikinə çevrilir.

***

Filosofların cəhalət, aldanış, saxtakarlıq və nadanlıq içində yaşamağın ancaq bədbəxtlik gətirəcəyini iddia etdiklərini eşidir kimiyəm; halbuki bu, bədbəxtlik deyil, insan təbiətinin özüdür.

***

Məsihə bənzəmək əzmimiz elə güclü olmalıdır ki, başqa işlərə vaxtımız belə qalmasın.

***

Korlar ölkəsində təkgözlü insan padşah olar.

***

Mən bu kilsəyə bir gün daha yaxşı olacağına ümid edərək dözürəm, necə ki o da mənim nə vaxtsa daha yaxşı olacağıma ümid bəsləyərək mənə dözməyə məcburdur.

***

Bölüşülməyən nemətin sevinci də olmaz.

***

Müharibə dadını bilməyənlərə şirin gələr.

***

Mismarı başqa bir mismarla çıxararlar. Vərdişə yalnız başqa bir vərdişlə qalib gəlmək olar.

***

Səndən məsləhət istəməyincə, nəsihət verməyə tələsmə.

***

Gizlədilən istedada heç kəs hörmət etməz.

***

Xəstəliyin qarşısını almaq onu müalicə etməkdən daha yaxşıdır.

***

Qartallar milçək ovlamaz.

***

Bir ağızdan çıxan söz yüz qulağa çatar. Gözəl danışacaq qədər fərasətə sahib olmamaq böyük bir bədbəxtlikdir.

***

Günah işləməyən kəs günahkarların ən böyüyüdür.

***

İnsanların bir-biri haqqında verdiyi hökmlər qədər deyingən və qərəzli heç nə yoxdur.

# 112 dəfə oxunub

Oxşar xəbərlər

Gül yaddaşı - Orxan Cuvarlının hekayəsi

Gül yaddaşı - Orxan Cuvarlının hekayəsi

14:10 28 oktyabr 2026
"İnsan xoruzdan qat-qat aşağı səviyyədə dayanır..." - Mark Tvenin essesi Aygün Əzizin tərcüməsində

"İnsan xoruzdan qat-qat aşağı səviyyədə dayanır..." - Mark Tvenin essesi Aygün Əzizin tərcüməsində

15:00 27 oktyabr 2026
"Rəylər yer üzündəki ən ucuz məhsullardır..." - Amerikalı yazıçıdan sitatlar

"Rəylər yer üzündəki ən ucuz məhsullardır..." - Amerikalı yazıçıdan sitatlar

15:00 26 oktyabr 2026
Elçilik - Şahmarın hekayəsi

Elçilik - Şahmarın hekayəsi

11:00 25 oktyabr 2026
Huma quşu əfsanəsi - Reyhan Yusifqızının hekayəsi

Huma quşu əfsanəsi - Reyhan Yusifqızının hekayəsi

16:55 22 oktyabr 2026
Soyuq payız - İvan Buninin hekayəsi

Soyuq payız - İvan Buninin hekayəsi

14:00 22 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər