“İşğaldan azad olunmuş ərazilərdə hər bir mədəni irs obyekti xüsusi yanaşma tələb edir və onların bərpası zamanı müxtəlif üsullardan istifadə oluna bilər”.
Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, mədəni irsin bərpasına yönəlmiş yeddi mərhələli xüsusi yanaşma əvvəlki forumlarda Azərbaycan tərəfindən təklif olunub. Emin Hüseynovun sözlərinə görə, bu forumda həmin yanaşma barədə daha praktik müzakirələr aparmaq mümkündür, çünki işğaldan azad olunmuş ərazilərdə bunun konkret nümunələri mövcuddur.
“Artıq bir sıra mədəni-tarixi abidələrimizi, mədəni irs nümunələrimizi bərpa etmişik. Bəzilərində xüsusi yanaşmalar tətbiq olunub və bu yanaşmalar digər ölkələr üçün maraqlı ola bilər”, – o qeyd edib.
Emin Hüseynov forum çərçivəsindəki təqdimatında Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa edilmiş mədəni irs nümunələrindən danışdığını bildirib. O, Pənahəli xanın İmarət kompleksini, Ağdam şəhərindəki Cümə məscidini, eləcə də qoruq statusu almış Tuğ kəndini, Azıx və Tağlar mağaralarını nümunə göstərib.
Xüsusi nümayəndə vurğulayıb ki, mədəni irs obyektlərinin bərpası zamanı konservasiya, əvvəlki vəziyyətinə qaytarma və ya müəyyən xüsusiyyətləri saxlanılmaqla yeni elementlərin əlavə edilməsi kimi üsullardan istifadə oluna bilər. Hansı yanaşmanın seçilməsi isə hər bir obyekt üzrə ayrıca təhlil edilir.
O əlavə edib ki, mədəni irsin bərpası Böyük Qayıdış prosesi qədər vacibdir. Bu proses insanların öz yurdlarına qayıdışı ilə yanaşı, sosial və mədəni komponentlərin də əhəmiyyətini göstərir.
Emin Hüseynov: "Mədəni irs nümunələrimizi bərpa etmişik"
Oxşar xəbərlər
Van Qoqun əsəri haqqında elmi araşdırma - "Ulduzlu gecə" nə vaxt çəkilib?
18:30
27 oktyabr 2026
Niderlandın "Avroviziya 2027" ilə bağlı qərarında dəyişiklik edildi
18:00
27 oktyabr 2026
Güllünü qətlə yetirən qızı ilə bağlı yeni iddia: Xəstələrə əziyyət verib
17:00
27 oktyabr 2026
Kukla Teatrının direktoru əməkdaşı məhkəməyə verdi
16:35
27 oktyabr 2026
Rusiyanın Xalq artistinin konsertləri ləğv oluna bilər - Səbəb
16:30
27 oktyabr 2026
ICESCO Qarabağdakı iki tarixi abidənin sertifikatlarını təqdim etdi
16:22
27 oktyabr 2026