Mövlud Süleymanlı və Mirmehdi Ağaoğlunun əsərləri müzakirə olundu

Mövlud Süleymanlı və Mirmehdi Ağaoğlunun əsərləri müzakirə olundu
1 iyun 2017
# 13:55

Bakı Mühəndislik Universitetində ədəbiyyat müzakirəsi keçirildi

Bakı Mühəndislik Universitetinin Pedaqoji və İqtisadiyyat və İdarəetmə fakültələrinin təşkilatçılığı ilə “Müasir Azərbaycan ədəbiyyatında maddi və mənəvi dəyərlər” mövzusunda müzakirə keçirilib. Kulis.azın məlumatına görə müzakirədə iki fərqli nəsildən yazıçının əsərinə müraciət edilib.

Xalq yazıçısı Mövlud Süleymanlının “Yel Əhmədin bəyliyi” və yeni nəsil ədəbiyyatımızı təmsil edən Mirmehdi Ağaoğlunun “Bu gün səbir elə” əsərləri iqtisadiyyat, filologiya və riyaziyyat mütəxəssislərinin marağına səbəb olub.

Müzakirədə filologiya elmləri doktoru, professor Akif Hüseynli, Pedaqoji fakültənin dekanı, dosent İslam Hüseynov, İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı, dosent Yaşar Etibarlı, Azərbaycan dili və ədəbiyyatı kafedrasının baş müəllimi Rəhman Quliyev, Beynəlxalq münasibətlər kafedrasının dosenti Ceyhun Mahmudlu, Dünya iqtisadiyyatı kafedrasının müdiri, dosent Sərvər Qurbanov, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Emin Ağayev Ümumi fənlər kafedrasının müəllimi Yalçın Zeynalov, Dünya iqtisadiyyatı kafedrasının müəllimi Xətai Alıyev, Riyaziyyat kafedrasının müdiri, riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Hümbət Əliyev, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi Ülvi Babasoy və başqa ixtisaslar üzrə professor-müəllim heyəti iştirak edib.

Fərqli ixtisaslardan olan pedaqoqların ədəbiyyat işığına toplaşması maraq doğurub. Mövlud Süleymanlı və Mirmehdi Ağaoğlunun əsərlərinin bədii-estetik dəyərlər aşılaması, dil-üslub keyfiyyətləri, humanist yazıçı mövqeləri müzakirənin əsasını təşkil edib.

# 2597 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər