Andre Moruanın kitabı Azərbaycan dilində

Andre Moruanın kitabı Azərbaycan dilində
8 iyul 2019
# 14:24

Görkəmli Fransa yazıçısı Andre Moruanın Azərbaycan Dövlət Tərcümə Mərkəzinin tərcüməsində “Vəsiyyətnamə” kitabı işıq üzü görüb.

Kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı “Bioqrafiya”, “Love in Exile”, “Qızıl pulun qarğışı”, “Mirrina”, “Çərşənbə gününün bənövşələri”, “Vəsiyyətna-mə”, “Balzakın günahı ucbatından” kimi 13 hekayəsi, o cümlədən dünyaca məşhur “Yad qadına məktublar” romanı daxil edilib.

İncə bədii duyum, dərin psixologizm, klassik düşüncə sahibi olan Morua, əsasən, avtobioqrafik hekayələr və romanlar ustası kimi tanınır. Yazıçının Şelli, Bayron, Balzak, Hüqo, Düma, Jorj Sand, Turgenev, Çexov və digər dünya ədibləri haqqında qələmə aldığı esse və xatirələri onun memuar ədəbiyyatı janrının parlaq müəllifi kimi də əbədiləşdirib.

Əsərləri dilimizə tanınmış şair, tərcüməçi Mahir N.Qarayev çevirib.

# 3518 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər