Türkiyədə gecə muzeyçiliyi layihəsi - 1 milyondan çox ziyarətçi qeydə alındı

Türkiyədə gecə muzeyçiliyi layihəsi - 1 milyondan çox ziyarətçi qeydə alındı
19 oktyabr 2026
# 13:00

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi gecə muzeyçiliyi layihəsi çərçivəsində bu il muzey və arxeoloji sahələri 1 milyon 326 min 590 nəfər ziyarət edib.

Kulis.az xəbər verir ki, Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ötən illə müqayisədə 32 faizlik artımın qeydə alındığını açıqlayıb.

501 min 811 ziyarətçi ilə İzmirin Efes antik şəhəri siyahıda ilk sırada yer alıb.

İkinci yerdə 277 min 557 nəfərlə İstanbulun Qalata qülləsi, üçüncü pillədə isə 190 min 910 ziyarətçi ilə Dənizlinin Hiyerapolis xarabalıqları qərarlaşıb.

Qeyd edək ki, ən kəskin artım 183 faizlə İstanbul Arxeologiya Muzeyində müşahidə olunub.

# 86 dəfə oxunub

Oxşar xəbərlər

35 illik roman  yenidən diqqət mərkəzində

35 illik roman yenidən diqqət mərkəzində

14:20 19 oktyabr 2026
Kino Agentliyi xəbərdarlıq etdi:  "“44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər"

Kino Agentliyi xəbərdarlıq etdi: "“44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər"

14:11 19 oktyabr 2026
14-cü Boğaziçi Film Festivalının  münsiflər heyəti açıqlandı

14-cü Boğaziçi Film Festivalının münsiflər heyəti açıqlandı

13:40 19 oktyabr 2026
Yazıçılar, rəssamlar, oyun həvəskarları... - "Geekend" festivalı keçirildi

Yazıçılar, rəssamlar, oyun həvəskarları... - "Geekend" festivalı keçirildi

13:20 19 oktyabr 2026
Diplomatımız şairin mükafatını qəbul etdi

Diplomatımız şairin mükafatını qəbul etdi

12:40 19 oktyabr 2026
Şekspirin  müəllifliyi ilə bağlı yeni araşdırma tarixə yenidən baxmağa əsas verir

Şekspirin müəllifliyi ilə bağlı yeni araşdırma tarixə yenidən baxmağa əsas verir

12:20 19 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər