Səbinə Hacıyeva: "Azərbaycan maddi və qeyri-maddi mədəni irsin qorunmasına xüsusi əhəmiyyət verir"

Səbinə Hacıyeva:  "Azərbaycan maddi və qeyri-maddi mədəni irsin qorunmasına xüsusi əhəmiyyət verir"
28 oktyabr 2026
# 16:02

Avropa ilə Asiyanın kəsişməsində, tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan əsrlər boyu müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və dini ənənələrin görüş nöqtəsi olub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən paneldə deyib.

Dövlət Xidməti rəisi vurğulayıb ki, Azərbaycanda 143 muzey fəaliyyət göstərir, onlardan 44-ü Mədəniyyət Nazirliyinin tabeliyindədir. Bu muzeylərdə 1,2 milyondan çox eksponat qorunur.

Səbinə Hacıyeva Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycanda və xaricdə mədəni irsin qorunması və bərpasına yönəlmiş təşəbbüslərini vurğulayıb: “Bu layihələr göstərir ki, mədəni irsin qorunması milli, mədəni və dini sərhədləri aşaraq mədəni diplomatiyanın güclü vasitəsinə çevrilə, qarşılıqlı hörməti, anlaşmanı və beynəlxalq əməkdaşlığı təşviq edə bilər”.

Dövlət Xidməti rəisinin sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda kilsələrin, məscidlərin və digər mədəni irs nümunələrinin bərpası, eləcə də Şuşada keçirilən Vaqif Poeziya Günləri və “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı tarixi məkanların mədəni ifadə və dialoq üçün canlı məkanlara çevrilməsinə xidmət edir.

Səbinə Hacıyeva əlavə edib ki, Azərbaycan UNESCO və ICESCO ilə əməkdaşlıq çərçivəsində maddi və qeyri-maddi mədəni irsin qorunmasına və təşviqinə xüsusi əhəmiyyət verir.

O vurğulayıb ki, muzeylər və mədəni irs məkanları yalnız keçmişi tanıtmaqla kifayətlənməməli, həm də qarşılıqlı anlaşmanı gücləndirməli və daha inklüziv dünyanın qurulmasına töhfə verməlidir.

# 115 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur repçi Trampın yeni mətbuat katibi ola bilər

Məşhur repçi Trampın yeni mətbuat katibi ola bilər

17:30 28 oktyabr 2026
“Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoq məkanları kimi” mövzusunda panel müzakirəsi

“Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoq məkanları kimi” mövzusunda panel müzakirəsi

17:11 28 oktyabr 2026
Türkiyəli yazıçı vəfat etdi - Oğlunun ölümündən 9 gün sonra

Türkiyəli yazıçı vəfat etdi - Oğlunun ölümündən 9 gün sonra

16:30 28 oktyabr 2026
Səməd Vurğun haqqında donos yazmağa məcbur edilən Xalq yazıçısı - Onu niyə vəzifədən uzaqlaşdırdılar?

Səməd Vurğun haqqında donos yazmağa məcbur edilən Xalq yazıçısı - Onu niyə vəzifədən uzaqlaşdırdılar?

16:00 28 oktyabr 2026
Pop ulduzu Martin Skorsezenin filmində

Pop ulduzu Martin Skorsezenin filmində

16:00 28 oktyabr 2026
"Xəz paltolu Madonna"  romanı ekranlaşdırılacaq

"Xəz paltolu Madonna" romanı ekranlaşdırılacaq

15:30 28 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər