"Persepolis"in müəllifi vəfat etdi

"Persepolis"in müəllifi vəfat etdi
4 iyun 2026
# 14:30

Fransa-İran əsilli rəssam, yazıçı və rejissor, "Persepolis" animasiya filmi və "Təhlükəli element" bioqrafik dramı ilə tanınan Marcan Satrapi 56 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə onun yaxınları AFP agentliyinə məlumat veriblər.

Rejissorun yaxın ətrafından verilən məlumatda onun ölüm səbəbi ilə bağlı bunlar qeyd edilib:

"Marcan Satrapi həyat yoldaşı Mattias Ripanın ölümündən bir ildən bir az çox vaxt keçdikdən sonra kədərdən dünyasını dəyişdi".

Qeyd edək ki, Satrapi 22 noyabr 1969-cu ildə İranın Rəşt şəhərində anadan olub. O, imkanlı və siyasi fəal ailəsində böyüyüb. Onun valideynləri əvvəlcə İranın sonuncu şahı Məhəmməd Rza Pəhləviyə, daha sonra isə İslam Respublikasının tətbiq etdiyi məhdudiyyətlərə qarşı çıxış edirdilər. Sərt rejim altında böyümə təcrübəsini Satrapi sonradan əsasında animasiya filmi çəkilən məşhur "Persepolis" qrafik romanında əks etdirmişdi.

2007-ci ildə Vensan Paronno ilə birgə lentə alınan "Persepolis" ekran işi Kann Film Festivalında münsiflər heyətinin mükafatını qazanıb, bir il sonra isə "Ən yaxşı tammetrajlı animasiya filmi" kateqoriyasında 2008-ci il "Oskar" mükafatına namizəd göstərilib.

2012-ci ildə Satrapi eyni zamanda rollardan birini ifa etdiyi "Yotasın dəstəsi" kriminal komediyası ilə bədii kino rejissoru kimi debüt edib. Onun son işi isə dünyaşöhrətli aktrisa Monika Belluççinin rol aldığı "Paris-maris" qara komediyası olub.

Xatırladaq ki, Satrapinin həyat yoldaşı, prodüser, aktyor və ssenarist Mattias Ripa 8 aprel 2025-ci ildə vəfat edib.

# 975 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər