Görkəmli ədəbiyyatşünas-alim, AMEA-nın Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinin “Nəriman Əndülrəhmanlının nəsri: tarixilik və müasirliyin vəhdəti” monoqrafiyası “Qanun” nəşriyyatında çapdan çıxıb.
Kulis.az xəbər verir ki, alim bu monoqrafiyasında çağdaş nəsrimizin tanınmış nümayəndəsi Nəriman Əbdülrəhmanlının yaradıcılığı araşdırılır.
Tədqiqatçı yazıçının yaradıcılıq təkamülünü, hekayə, povest və romanlarını müasir ədəbi fikir kontekstində, keçmiş-indi-gələcək üçbucağında saf-çürük edir, onun əsərlərinin ideyasını, quruluşunu və obrazlarını nəzərdən keçirir, Azərbaycan ədəbiyyatında, eləcə də müstəqillik dövrü ədəbiyyatımızdakı yerini müəyyənləşdirir.
Yazıçı N.Əbdülrəhmanlının 65 illik yubileyinə həsr olunmuş monoqrafiya kütləvi oxucular və çağdaş Azərbaycan ədəbiyyatını araşdıran tədqiqatçılar üçün nəzərdə tutulub.
Qeyd edək ki, professor B.Əhmədli dövri mətbuatda və ədəbi-elmi toplularda çap olunmuş 100-dən artıq elmi məqalələrin, “Sabit Rəhmanın satirası” (1998), “Azərbaycan satirasının inkişaf problemləri” (2000), “Bir istiqlal yolçusu” (2003), “Sabit Rəhman: həyatı, mühiti, yaradıcılığı” (2010), “Dramaturq, sənət, həqiqət” (2011), üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi” (2010-2011), “XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər” (2015), “Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü. problemləri. şəxsiyyətləri” (2017), “Türkçülüyün üçlü formulu” (2019), “Rabindranat Taqor: Yeni Hindistanın manifesti” (2021) kimi fundamental monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin, elmi-metodik tövsiyələrin müəllifidir.
“Nəriman Əndülrəhmanlının nəsri: tarixilik və müasirliyin vəhdəti” monoqrafiyası çap olundu
Oxşar xəbərlər
Həbsxana, yoxsa kurort?- Diddiyə xidmət edən məhkumlar, qaçaqmalçılıq və lüks həyat
13:30
30 sentyabr 2026
Rəssam Əkrəm Tağıyev vəfat etdi
12:45
30 sentyabr 2026
Yunanıstan Çar Samuelin sümüklərini Bolqarıstana qaytaracaq
12:40
30 sentyabr 2026
İngilis rəssamın məşhur əsəri hərraca çıxarılacaq
12:20
30 sentyabr 2026
Eyfel qülləsi ilə hindu hərəkatının qalmaqalı – Səbəb
11:00
30 sentyabr 2026
Tom Kruzdan yeni layihə - “Oskar”a namizəd ola bilər
10:45
30 sentyabr 2026