Nazim Hikmətə həsr olunmuş konfrans keçirildi

Nazim Hikmətə həsr olunmuş konfrans keçirildi
20 dekabr 2022
# 17:30

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində böyük türk şairi Nazim Hikmətin 120 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, konfransda ölkənin tanınmış ədəbiyyatşünas alimləri, universitet müəllimləri, mədəni-ictimai xadimlər, media mənsubları iştirak edib.

Konfransı giriş sözü ilə açan muzeyin baş direktoru akademik Rafael Hüseynov "Azərbaycanın, Türkiyənin və dünyanın Nazim Hikməti" mövzusunda geniş məruzə ilə çıxış edib. Akademik böyük şairin Azərbaycana olan sevgi və bağlarına xüsusi diqqət çəkib.

Daha sonra konfrans plenar iclasla öz işinə davam edib.

İclasda professor Şəfəq Əlibəyli, professor Tofiq Məlikli, elmlər doktoru Tahirə Həsənzadə, filologiya üzdə fəlsəfə doktoru Əsmətxanım Məmmədova və Gəncə Dövlət Universitetinin baş müəllimi Cahan Ağamirov məruzələrlə çıxış ediblər.

Qeyd edək ki, türk inqilabi şeirinin banisi Nazim Hikmət 1902-ci ildə zadəgan ailəsində anadan olub. Onun "835 sətir", "Baron-3", "1+1=1", "Səsini itirmiş şəhər" kimi kitablarında xalqın ağır həyatı və inqilabi mübarizəyə çağırışlar öz əksini tapıb. Nazim Hikmət 1963-cü ilin 3 iyununda, 61 yaşında Moskvada vəfat edib.

# 2194 dəfə oxunub

Oxşar xəbərlər

Eyfel qülləsi ilə hindu hərəkatının qalmaqalı – Səbəb

Eyfel qülləsi ilə hindu hərəkatının qalmaqalı – Səbəb

11:00 30 sentyabr 2026
Tom Kruzdan yeni layihə - “Oskar”a namizəd ola bilər

Tom Kruzdan yeni layihə - “Oskar”a namizəd ola bilər

10:45 30 sentyabr 2026
Türkiyə və Fransa əməkdaşlığı - Fotoqrafiyanın 200 illiyi ilə bağlı

Türkiyə və Fransa əməkdaşlığı - Fotoqrafiyanın 200 illiyi ilə bağlı

10:25 30 sentyabr 2026
Hollivud uduzu 75 yaşında vəfat etdi

Hollivud uduzu 75 yaşında vəfat etdi

10:11 30 sentyabr 2026
Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

18:30 29 sentyabr 2026
Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

18:00 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər