Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış
3 noyabr 2026
# 17:26

“Eleanor & Park” və “Attachments” romanları ilə tanınan amerikalı yazıçı Reynbou Rouell indiyədək başqa ad altında nəşr etdirdiyi kitabın müəllifi olduğunu açıqlayıb.

Kulis.az xəbər verir ki, yazıçı 2022-ci ildə Rebekka Morrou təxəllüsü ilə nəşr olunan “Corinne” romanını əslində özünün yazdığını etiraf edib.

“Corinne” ailəsinin və dini icmasının sərt qaydalarına görə onlardan uzaqlaşmağa məcbur olan qadının hekayəsindən bəhs edir. Romanın qəhrəmanı keçmişi, inancı, utanc hissi və ilk sevgisi ilə yenidən üzləşir. Rouellin təxəllüsdən istifadə etməsi onun oxucuların kitabı tanınmış müəllifin əvvəlki əsərləri ilə müqayisə etmədən qəbul etməsini istəməsi ilə əlaqələndirilir.

Romanın yazıçının öz adı ilə yeni nəşrinin 2027-ci ilin iyulunda işıq üzü görəcəyi bildirilir. Bununla yanaşı, Rouell “Corinne” dünyasına qayıdan yeni kitab – “Catch Us the Foxes” üzərində də işləyir. Həmin əsərin 2028-ci ilin martında nəşri planlaşdırılır.

# 124 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
"Sən böyük adamdan yalnız bir cəhətlə fərqlənirsən..." - Vilhelm Reyxin "Kiçik adam" əsərindən bir hissə

"Sən böyük adamdan yalnız bir cəhətlə fərqlənirsən..." - Vilhelm Reyxin "Kiçik adam" əsərindən bir hissə

16:00 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər