ABŞ-də incəsənət və əyləncə sahəsinin ən nüfuzlu təltiflərindən sayılan Kennedi Mərkəzinin 2026-cı il fəxri mükafatlarının laureatları açıqlanıb.
Kulis.az xəbər verir ki, bu il mükafat Pol Anka, Devid Foster, Endi Qarsiya, Devid Mamet və Barbara Mandrellə təqdim olunacaq.
Mükafatçılar müxtəlif sənət sahələrini təmsil edirlər. Pol Anka pop musiqisinin tanınmış bəstəkarı və ifaçısıdır, Devid Foster musiqi prodüseri kimi məşhurdur. Endi Qarsiya kino və televiziya aktyoru, Devid Mamet dramaturq və ssenarist, Barbara Mandrell isə kantri musiqisinin tanınmış ifaçılarındandır.
Mərasimin dekabrın 7-də keçirilməsi planlaşdırılır. Bu il tədbir ənənəvi Kennedi Mərkəzində deyil, “Capital One Arena”da baş tutacaq. Beləliklə, uzun illərdir eyni məkanda keçirilən mərasim ilk dəfə başqa ünvana köçürülür.