"Dünyanı ruhi xəstəxana kimi istifadə etdiklərinə əminəm..." - Bernard Şoudan sitatlar

"Dünyanı ruhi xəstəxana kimi istifadə etdiklərinə əminəm..." - Bernard Şoudan sitatlar
2 noyabr 2026
# 15:00

Bu gün irland əsilli tanınmış Böyük Britaniya yazıçısı, dramaturq, ictimai xadim, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Bernard Şounun anım günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Ağıllı insan öz ağlından istifadə edər. Daha ağıllı insan başqalarının ağlından da yararlanar.

***

Qızıl qayda odur ki, heç bir qızıl qayda yoxdur.

***

Vurduğunuz şilləyə cavab verməyən insandan qorxun: o həm sizi bağışlamaz, həm də özünüzü bağışlamağınıza imkan verməz.

***

Başqa planetlərdə şüurlu varlıq varmı bilmirəm, amma varsa, dünyanı ruhi xəstəxana kimi istifadə etdiklərinə əminəm.

Bəyənmədiyiniz bir şeyi alqışlamaq, yalan danışmağın bir çox növündən biridir.

***

Bilik pula bənzəyir: qazandıqca ehtirasa çevrilər, lakin bu, xeyirxah bir ehtirasdır.

***

Möminin skeptikə nisbətən daha xoşbəxt olmasının sərxoş insanın ayıq insandan daha xoşbəxt olmasından heç bir fərqi yoxdur.

***

Bir qadının və ya kişinin necə tərbiyə olunduğunu davadakı davranışlarından anlaya bilərsiniz.

***

Qadın ər tapana qədər gələcəyi barədə narahat olar. Kişi isə yalnız bir qadınla evləndikdən sonra gələcəyi sarıdan narahat olmağa başlayar.

***

Biz özümüzü iki oğrunun arasında ifadə edirik: dünənə aid kədər və sabaha aid qorxu.

***

Bizə bir neçə dəli lazımdır; ağıllıların yaratdığı vəziyyətə baxın!

Cənnətdə heç bir mələk xüsusi imtiyaza sahib deyil.

***

Dəli doğulmuşdum, yoxsa həddindən artıq ağıllı idim, bilmirəm; mənim dünyam yer üzünə uyğun deyildi... Xəyal dünyasından çıxıb reallıqla qarşılaşanda narahat olurdum. Cəmiyyətin xaricində, siyasətin xaricində, idmanın xaricində, kilsənin xaricində idim. O günlərdə belə bir ifadə mövcud olsaydı, mənə hər şeyin xaricindəki deyilə bilərdi...

***

Çılpaq bədənlər bizi artıq heyrətləndirmir - varlığına dözə bilmədiyimiz şey çılpaq beyinlərdir.

***

Əgər getdiyin yolda maneələr yoxdursa, o yol səni heç bir yerə aparıb çıxarmaz.

***

Əməllərim demokratik, zövqlərim aristokratikdir.

***

Həqiqət budur: azadam, sağlamam, xoşbəxtəm və darıxmaqdan partlayıram!

***

Hərəkətdə olan cəhalətdən daha qorxunc heç nə yoxdur.

***

Səhvlərlə dolu bir həyat, bomboş keçirilmiş bir ömürdən qat-qat faydalı və şərəflidir.

Hegel belə deyərkən tamamilə haqlı idi: Tarixdən öyrənə biləcəyimiz yeganə şey insanların tarixdən heç vaxt heç nə öyrənmədikləridir.

***

Hamımız yenidən doğulmalıyıq, sonra bir daha və bir daha...

***

Heç vaxt xəyal qırıqlığına uğramayanlar, heç vaxt ümid bəsləməmiş olanlardır.

***

Heç nə ayağınıza qədər gəlməz, ən azından yaxşı olan heç nə. Hər şeyi gedib özünüz əldə etməlisiniz.

***

İnsan bir aslanı öldürmək istəyəndə buna idman deyir, aslan onu parçalamaq istəyəndə isə vəhşilik adlandırır.

***

İnsan Tanrının son sözü ola bilməz.

***

İnsanların ölməsi ilə həyatın gülünclüyü dəyişmədiyi kimi, insanların gülməsi ilə də həyatın ciddiliyi dəyişməz.

***

Yaxşılıq etmək üçün tələb olunan keyfiyyətlər, pislik etmək üçün də tələb olunan keyfiyyətlərdir.


***

Qul kimi tərbiyə olunanlar ancaq qul kimi idarə edilə bilərlər...

***

Mənə elə gəlir ki, nə istəsən edə bilərəm, çünki artıq istədiyim heç nə qalmayıb...

Biz həmişə müharibələr edəcəyik, çünki yalnız müharibənin təzyiqi altında dünyanı dəyişdirmək qabiliyyəti nümayiş etdirə bilirik; amma müharibənin gətirdiyi dəyişikliklər heç vaxt planlaşdırdığımız dəyişikliklər olmayacaq.

***

Problem çarəsizlik deyil, istəksizlikdir... İstəksizik, çünki uşaqlıqda bizə qarşı edilən ilk şey içimizdəki istəyi boğub öldürməkdir.

***

Sözünüz heç vaxt sənədiniz qədər etibarlı ola bilməz; çünki yaddaşınız heç vaxt şərəfiniz qədər etibarlı ola bilməz.

Tanrının pulu heç sevmədiyi dəqiqdir. Onu kimlərə verdiyinə bir baxın.

Yalan siçan deşiyindən də keçər, doğruluq isə qapılardan sığmaz.

***

Xəyal gücü yaratmağın başlanğıcıdır... Arzuladığınızı xəyal edər, xəyal etdiyinizi hədəfləyər, hədəflədiyinizi isə nəticədə yaradarsınız.

***

Qanunsuz bir iş görməzdən əvvəl yaxşı bir vəkillə məsləhətləşin.

***

Həyatımız yaşadıqlarımızla deyil, gözləntilərimizlə formalaşır.

***

Yaşlandığımız üçün oynamağı dayandırmırıq, oynamağı dayandırdığımız üçün yaşlanırıq.

***

İyirmi yaşında kommunist olmayanın ürəyi, qırx yaşında hələ də kommunist olanın ağlı yoxdur...

Türk dilindən tərcümə etdi: Sevinc Mürvətqızı

# 155 dəfə oxunub

Oxşar xəbərlər

"Bəşəriyyətin ən uca təcəlliləri belə fanidir..." - Nobel mükafatçısı Teodor Mommzenin "Roma tarixi"ndən sitatlar

"Bəşəriyyətin ən uca təcəlliləri belə fanidir..." - Nobel mükafatçısı Teodor Mommzenin "Roma tarixi"ndən sitatlar

14:00 1 noyabr 2026
"Ac qalanda kimin qapısına gedim?!" - İsi Məlikzadənin "Duz" hekayəsi

"Ac qalanda kimin qapısına gedim?!" - İsi Məlikzadənin "Duz" hekayəsi

10:00 1 noyabr 2026
Meşə adamı - Herman Hessenin hekayəsi

Meşə adamı - Herman Hessenin hekayəsi

14:00 31 oktyabr 2026
"Dəbə uyğun yaşamaqdan ötrü ağıllarını itirmişdilər..." - Pulitser mükafatçısı Konrad Rixter

"Dəbə uyğun yaşamaqdan ötrü ağıllarını itirmişdilər..." - Pulitser mükafatçısı Konrad Rixter

18:40 30 oktyabr 2026
"Xəyallarımızı oğurlayan bizi ölümə məhkum edir..." - Ursula Poznanski

"Xəyallarımızı oğurlayan bizi ölümə məhkum edir..." - Ursula Poznanski

14:00 30 oktyabr 2026
"Daxilən şahzadə qala bilmək əsl qələbədir..." - İngilis yazardan sitatlar

"Daxilən şahzadə qala bilmək əsl qələbədir..." - İngilis yazardan sitatlar

12:30 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər