"Xəyallarımızı oğurlayan bizi ölümə məhkum edir..." - Ursula Poznanski

"Xəyallarımızı oğurlayan bizi ölümə məhkum edir..." - Ursula Poznanski
30 oktyabr 2026
# 14:00

Bu gün avstriyalı yazar Ursula Poznanskinin doğum günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Hər yeni günlə gerçəkliyim öz dəyərini bir az daha itirir. O səs-küylü, nizamsız, təxminedilməz və əziyyətlidir. Gerçəklik nəyə qadirdir ki? İnsanı ac, susuz, narazı salmağa. O, ağrı verir, xəstəlik saçır, gülünc qanunlara tabe olur. Ən əsası isə o, fanidir. Həmişə ölümlə nəticələnir. Dəyərli və qüdrətli olan başqa şeylərdir: fikirlər, ehtiraslar, hətta dəlilik. Ağlın fövqünə ucalan hər şey. Mən reallıqdan razılığımı geri götürürəm. Ona kömək etməkdən imtina edirəm. Özümü reallıqdan qaçışın cazibəsinə təslim edir və bütün varlığımla qeyri-reallığın sonsuzluğuna atılıram.

***

Başını dik tut, qızım. Hətta yaxan çirkli olsa belə.

***

Xəyallarımızı oğurlayan bizi ölümə məhkum edir.

***

Yaratmaq. Qorumaq. Məhv etmək. Hindlilərin bu vəzifələrin hər biri üçün ayrı bir tanrısı var. Mən isə bütün bunların öhdəsindən təkbaşına gəlirəm. Məndən əvvəl heç kimin yaratmadığı bir şeyi yaratdım, lakin dünya buna şahid olmadı və heç vaxt da olmayacaq. Sonra yaratdığımı bütün gücümlə, bütün iradəmlə qorumağa çalışdım. Ağrılar içində, bəzən göz yaşları ilə və hər halda böyük qurbanlar bahasına. İndi isə məhv edəcəyəm. Buna görə məni kim qınaya bilər? Əgər ədalət varsa, heç olmasa bu sonuncu işim uğurla başa çatacaq. Yaradan olaraq qalmağı, yaratdığımdan zövq almağı, onu qorumağı və başqaları ilə bölüşməyi üstün tutardım. Lakin dağıtmağın da maraqlı tərəfləri var. Onun cazibəsi qəti və dönməz olmasındadır.

***

Məni müşahidə etmək inanılmaz dərəcədə darıxdırıcı olardı. Məndə maraqlı olan nə varsa, hamısı beynimdə baş verir və oraya heç kim baxa bilməz.

***

Qaranlıqdakı xəyallar həmişə həqiqətdən daha üstün olurdu.

***

Mənim üçün həyatda məna daşıyan azsaylı şeylərdən biri insanın özünü ötüb keçən bir şey yaratmasıdır. Və onun böyüməsidir. Təki böyüsün.

***

Məndən doğulan şey yaxşıdır; o, məndən qat-qat yaxşıdır.

***

Bəziləri deyir ki, uğur qazanmaq üçün belə doğulmalısan. Bu barədə düşündükcə daha çox razılaşıram. Seçilmişlərə aid olmamağın xəyal qırıqlığını çoxdan geridə qoymuşam, lakin daha bir məğlubiyyətə dözməyə gücüm çatmaz. Əgər axırda qalib gəlsəm belə, mən artıq orada olmayacağam. Bu gün kimi aydındır.

***

Təslim olmaq necə də xoşdur. Günlərin və gecələrin ötüb keçməsinə icazə vermək, dünyanın gedişatını nə görmək, nə eşitmək, nə də hiss etmək. Yalnız öz müəyyənləşdirdiyim qaydaların keçərli olduğu öz dünyamda yaşamaq. Saysız-hesabsız məqsədlərin arxasınca qaçmamaq, sadəcə bircə məqsədə sahib olmaq və ona doğru qətiyyətlə, ardıcıl getmək.

***

Gələcək gerçəkləşə biləcək saysız-hesabsız ehtimalları gizlədir. Amma məndə zərrə qədər də maraq yoxdur. Əgər marağım olsaydı, qalardım? Bilmirəm. Yorğunam. Bu da hər şeyi buraxıb getməyi asanlaşdırır.

***

Hər şeyi buraxmaq çox asandır, yetər ki buna qərar verəsən. Arxaya dönüb baxanda ən çox gülmək istəyirəm. Bütün bunlar keçmişdə qalacaq və mən sadəcə bir xatirəyə çevriləcəyəm - bəziləri üçün ağrılı, bəziləri üçün isə utancverici.

***

Əgər kimsə hamı kimi qüsursuz və dəbə uyğun görünmürsə, bir çoxları hesab edir ki, artıq həmin şəxsə qarşı nəzakət qaydalarına riayət etməyə də ehtiyac yoxdur.

***

Nəticədə hamımız öləcəyik. Çox qəribədir ki, əksəriyyət gec-tez baş verəcək bir şey üçün bu qədər hay-küy qaldırır. Biz axına qarşı nə qədər üzməyə çalışsaq da, zaman su kimi axıb gedir, biz də onunla birlikdə.

***

Onlar elə düşünürlər ki, onları uzaq tutan üfunətdir, lakin mən bilirəm ki, bu, qaranlıqdır.

***

Özünü bir oyunçu kimi deyil, sanki oynadılan bir fiqur kimi aparırdı.

Rus dilindən tərcümə etdi: Aydan Ağayeva

# 122 dəfə oxunub

Oxşar xəbərlər

Kanoe - Vüsal Bağırlının essesi

Kanoe - Vüsal Bağırlının essesi

10:00 30 oktyabr 2026
"Daxilən şahzadə qala bilmək əsl qələbədir..." - İngilis yazardan sitatlar

"Daxilən şahzadə qala bilmək əsl qələbədir..." - İngilis yazardan sitatlar

12:30 29 oktyabr 2026
Erməni qızı  - Qəşəm Nəcəfzadənin yeni hekayəsi

Erməni qızı - Qəşəm Nəcəfzadənin yeni hekayəsi

12:00 29 oktyabr 2026
Musson küləkləri - Orxan Cuvarlının hekayəsi

Musson küləkləri - Orxan Cuvarlının hekayəsi

14:10 28 oktyabr 2026
"İnsan ağlı həqiqətdən daha çox yalana inanmağa meyillidir..." - Rotterdamlı Erazm

"İnsan ağlı həqiqətdən daha çox yalana inanmağa meyillidir..." - Rotterdamlı Erazm

14:00 28 oktyabr 2026
"İnsan xoruzdan qat-qat aşağı səviyyədə dayanır..." - Mark Tvenin essesi Aygün Əzizin tərcüməsində

"İnsan xoruzdan qat-qat aşağı səviyyədə dayanır..." - Mark Tvenin essesi Aygün Əzizin tərcüməsində

15:00 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər