"Maestro Niyazi" filmi təqdim olundu

"Maestro Niyazi" filmi təqdim olundu
19 fevral 2022
# 14:30

Fevralın 18-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan Dövlət Film Fondu ilə birgə yenidən bərpa olunmuş “Maestro Niyazi” sənədli filminin təqdimatı keçirilib.


Kulis.az xəbər verir ki, təqdimat görkəmli dirijor və bəstəkar Niyazinin 110 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində təşkil olunub.


Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova muzeyin Niyazinin yaradıcılığının təbliği istiqamətində gördüyü işlərdən danışıb.


Film haqqında fikirlərini bölüşən Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi, professor Cəmil Quliyev ekran əsəri barədə məlumat verib. Bildirib ki, film 1975-ci ildə istehsal olunub: “Bu filmin unikallığı ondadır ki, Niyazinin sağlığında çəkilib və burada olduqca unikal təsvirlər var. Həmin unikal səhnələrdən biri Niyazinin Yunus Əmrənin şeirini səsləndirdiyi səhnədir. Biz qərara gəldik ki, filmi bərpa edək, çünki film texniki baxımdan yaxşı deyildi".
Sonra Cəmil Quliyev filmin elektron nüsxəsini muzeyə hədiyyə edib.


Qeyd edilib ki, filmin ssenari müəllifləri Svetlana Mirzəyeva və Rauf Nağıyev, rejissoru Rauf Nağıyevdir.


Təqdimat proqramında maestro Niyazinin əsərlərindən ibarət musiqi proqramı səslənib.
Sonra muzeyin arxiv materialları əsasında hazırlanmış slaydşou nümayiş olunub.


Tədbirdə bərpa edilmiş “Maestro Niyazi” filmi nümayiş edilib.

# 2877 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər