Londonda Buker mükafatı laureatının adı açıqlanacaq

Londonda Buker mükafatı laureatının adı açıqlanacaq
23 may 2023
# 11:00

Beynəlxalq Buker mükafatı laureatının adı çərşənbə axşamı Londonda açıqlanacaq.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, nüfuzlu ədəbi mükafatın qısa siyahısına daxil edilmiş altı əsərdən birinin müəllifi kitabın ingilis dilinə tərcüməçisi ilə bölüşmək üçün 50 min funt-sterlinq (təqribən 62 min dollar) alacaq.

Qeyd edək ki, 2023-cü ildə Bolqarıstan, İspaniya, Kot-d'İvuar, Meksika, Fransa və Cənubi Koreyadan olanlar bu mükafata iddialıdırlar. Bolqar və katalon dillərində yazılmış əsərlər ilk dəfə namizədlərin qısa siyahısına daxil edilib.

Georqi Qospodinovun “Zaman sığınacağı”, Eva Baltasarın “Qaya”, Qvadelupe Nettelin "Yenicə doğulmuş", QauZ təxəllüsü ilə yazan Patrik Arman-Qbaka Bredenin “Mütəmadi ağır”, Çeon Myan Kvanın “Balina”, Mariz Kondenin “Yeni dünyanın İncili” əsərləri bu mükafata iddialıdır.

Xatırladaq ki, mükafat 1969-cu ildə təsis olunub və iki ildən bir verilib. 2016-cı ildən isə mükafat hər il təqdim olunur.

# 2151 dəfə oxunub

Oxşar xəbərlər

2027-ci il "Oskar" mükafatının namizədləri proqnozlaşdırıldı – Təfərrüatlar

2027-ci il "Oskar" mükafatının namizədləri proqnozlaşdırıldı – Təfərrüatlar

15:30 30 sentyabr 2026
Payızın ilk “Ulduz”u

Payızın ilk “Ulduz”u

14:30 30 sentyabr 2026
Həbsxana, yoxsa kurort?- Diddiyə xidmət edən məhkumlar, qaçaqmalçılıq və lüks həyat

Həbsxana, yoxsa kurort?- Diddiyə xidmət edən məhkumlar, qaçaqmalçılıq və lüks həyat

13:30 30 sentyabr 2026
Rəssam Əkrəm Tağıyev vəfat etdi

Rəssam Əkrəm Tağıyev vəfat etdi

12:45 30 sentyabr 2026
Yunanıstan Çar Samuelin sümüklərini Bolqarıstana qaytaracaq

Yunanıstan Çar Samuelin sümüklərini Bolqarıstana qaytaracaq

12:40 30 sentyabr 2026
İngilis rəssamın məşhur əsəri hərraca çıxarılacaq

İngilis rəssamın məşhur əsəri hərraca çıxarılacaq

12:20 30 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər