Kitab nəşrində qarşıya çıxan problemlər müzakirə edildi

Kitab nəşrində qarşıya çıxan problemlər müzakirə edildi
12 dekabr 2022
# 17:40

Kitab nəşrində qarşıya çıxan problemlər “Redaktorlar Klubu”nda müzakirə edilib

Kulis.az xəbər verir ki, ANAİB-in tərkibində yaradılmış “Redaktorlar Klubu”nun “XAN Nəşriyyatı”nda növbəti toplantı və seminarı keçirilib. Nəşriyyatlarda iş prosesi zamanı qarşıya çıxan müxtəlif problemlərin müzakirəsinə həsr edilən və müəyyən məsələlərlə bağlı ortaq qərarların çıxarılmasına istiqamətlənmiş budəfəki görüş xarici dillərdən tərcümə edilən mətnlərdə, xüsusilə dünya ədəbiyyatı nümunələrində xüsusi adların yazılışına həsr olunub. Qeyd edilib ki, dəqiq və istisnasız bir qayda olmadığından bu problem, adətən, tərcüməçilər və redaktorların şəxsi seçimi əsasında həll edilir.

Bu isə nəticədə müxtəlif nəşriyyatlarda çap olunan kitablarda eyni müəllifin adının fərqli şəkildə yazılması ilə nəticələnir.

Mövzu ilə bağlı təqdimat hazırlayan “Qədim Qala” nəşriyyatının baş redaktoru Sevda Məmmədova mövcud problemləri dilə gətirib, dünya praktikasında bu cür problemlərin hansı şəkildə aradan qaldırıldığını ifadə edib. Problemin yalnız müəllif adları ilə məhdudlaşmadığını, bir sıra xüsusi adlara, məşhur nağıl personajlarına və s. də aid olduğunu bildirib. Daha sonra tədbirdə iştirak edən “XAN”, “Parlaq imzalar”, “Şərq-Qərb”, “İz”, “Qədim Qala”, “Altun kitab”, “TEAS Press” və “Libra kitab” nəşriyyatlarının redaktor və baş redaktorları müzakirəyə qatılıblar. Xüsusi isimlərin və adların Azərbaycan dilinə uyğunlaşdırılması ilə bağlı müəyyən ortaq razılığa gəlinib və nəticələr bəndlər şəklində ümumiləşdirilib. Qərara alınıb ki, detallar tam şəkildə dəqiqləşdirildikdən, təcrübədə qarşıya çıxan bu problemlə bağlı mütəxəssislərin də rəyi alındıqdan sonra mətbuatda təkliflə çıxış edilsin və gəlinən qənaətlər Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutuna da təqdim olunsun.

Görüşdə bu cür müzakirələrin davamlı olması, təcrübədə qarşıya çıxan digər problemlərin də ümumiləşdirilməsi, eləcə də müzakirəyə çıxarılıb həll edilən problemlərlə bağlı nəşriyyat işçiləri üçün nəzərdə tutulan qaydalar toplusunun nəşrə hazırlanması da qərara alınıb.

# 2794 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər