"Kəpənəyin dili ilə” kitabının təqdimat mərasimi keçirildi

"Kəpənəyin dili ilə”  kitabının təqdimat mərasimi keçirildi
24 noyabr 2025
# 19:12

Ahəng Psixoloji İnkişaf və Dəstək İctimai Birliyi “Kəpənəyin dili ilə” kitabının təqdimat mərasimini keçirdi.

Ahəng Psixoloji İnkişaf və Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə 22 noyabr tarixində “Kəpənəyin dili ilə” kitabının təqdimat mərasimi Sabunçu Gənclər Evində keçirilib. Tədbir dövlət qurumlarının nümayəndələri, səhiyyə və təhsil mütəxəssisləri, ictimaiyyət, media nümayəndələri və sosial kateqoriyadan olan qonaqların geniş iştirakı ilə baş tutub. Mərasimdə Milli Məclisin deputatları Vüqar İsgəndərov və Vüqar Rəhimzadə çıxış edərək layihənin psixoloji və sosial əhəmiyyətini xüsusi vurğulayıblar.

“Kəpənəyin dili ilə” kitabı Ahəng Psixoloji İnkişaf və Dəstək İctimai Birliyinin sədri, psixoloq Vüsalə Əmiraslanova və pedaqoq Ülviyyə Nağıyeva tərəfindən yazılıb. Kitabın redaktoru və Vüsalə Əmiraslanovanın elmi rəhbəri olan Akif Abbasov tədbirdə çıxış edərək əsərin məzmun dəyəri, psixoloji yanaşma tərzi və cəmiyyət üçün əhəmiyyətindən danışıb.

Kitabın rəyçiləri – Nazim Vəlişov və Vahid Bəhramoğlu – çıxışlarında nəşrin elmi və praktiki yönlərini yüksək qiymətləndiriblər. Tədbirdə həmçinin şəhid anası Mehriban xanım çıxış edərək kitabın mövzularının şəhid ailələrinin emosional dünyasına və cəmiyyətin mənəvi dəyərlərinə toxunan tərəflərini vurğulayıb.

Mərasimdə Türkiyədən dəvət olunmuş qonaq, yazar Orhan Çınar da söz alaraq kitabın mesajlarının universallığından, insan ruhuna təsir gücündən və müəlliflərin peşəkar yanaşmasından danışıb.

Tədbirdə layihəyə sosial dəstək göstərən həkimlər – süd vəzi xəstəlikləri üzrə mütəxəssis Günel Qəmbərova və tibbi onkoloq Pərvanə Rüstəmova – kitabda toxunulan mövzuların tibbi və psixoloji istiqamətdən cəmiyyət üçün aktuallığını qeyd ediblər. Mərasimdə Türkiyədən gəlmiş həkimlər, Azərbaycan ziyalıları, psixoloqlar, müəllimlər, tələbələr, şəhid anaları və şəhid ailələri də iştirak ediblər.

Tədbirin musiqi hissəsi Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin müəllim və şagirdləri tərəfindən təqdim olunub və mərasimin emosional atmosferini daha da gücləndirib. Təqdimat sosial media və televiziya nümayəndələri tərəfindən geniş işıqlandırılıb.

Sonda kitab müəlliflər tərəfindən imzalanaraq iştirakçılara təqdim edilib.

Qeyd edək ki,kitab xeyriyyə məqsədilə satışa çıxarılıb.Belə ki,əldə olunacaq gəlir pedaqoq Ülviyyə Nağıyevanın rəhbərlik etdiyi”Metamorfoz”onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlar və ailələrinə dəstək cəmiyyətinin layihəsi kimi bu uşaqların mənəvi rifahına sərf ediləcək

# 1124 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər