Eyfel qülləsinin orijinal spiral nərdivanı hərracda satıldı

Eyfel qülləsinin orijinal spiral nərdivanı hərracda satıldı
22 may 2026
# 12:45

Eyfel qülləsinin 1889-cu ilə aid orijinal spiral nərdivanının 14 pilləli bir hissəsi Parisdəki "Artcurial" hərrac evində 450 160 avroya satılıb.

"Euronews"un verdiyi xəbərə görə, sözügedən 2,75 metr hündürlüyündəki parça, 1983-cü ildə qüllədə liftlərin quraşdırılması zamanı sökülərək 24 hissəyə bölünən tarixi nərdivanın bir qoludur.

Nadir tapıntı hesab olunan və 40 il boyunca şəxsi kolleksiyada saxlanılan bu eksponatın ilkin qiyməti maksimum 150 000 avro dəyərində proqnozlaşdırılsa da, hərracda gözləniləndən baha qiymətə alıcı tapıb.

Bu yüksək məbləğə baxmayaraq, satış rekordu hələ də 2016-cı ildə oxşar nərdivan parçasına 523 800 avro ödənilən "Sotheby’s" hərracına məxsusdur.

Dünyanın fərqli ölkələrində, o cümlədən ABŞ və Yaponiyada bəzi nüfuzlu məkanlarda qorunan bu nərdivan parçaları, onlara sahib olan kolleksionerlərə xüsusi bir prestij qazandırır.

# 971 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər