Ed Ames vəfat etdi

Ed Ames vəfat etdi
26 may 2023
# 11:30

Amerikalı aktyor, müğənni və teleaparıcı Ed Ames 95 yaşında Los-Ancelesdə vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə "Deadline" məlumat yayıb.

Yaxınları aktyorun ölüm səbəbini açıqlamayıblar.

Sənətkar yaradıcılıq karyerasına 1950-ci ildə qardaşları Vik, Co və Cin ilə birlikdə Ames Brothers müğənni kvartetinin tərkibində başlayıb. Onlar 1950-ci ildə "Rag Mop" hitini yazıblar. Qrupun cəmi 49 mahnısı hit-paradlara düşüb. Öz televiziya şousu "The Ames Brothers Show"da olan qrup 1963-cü ildə fəaliyyətini dayandırıb.

Bundan sonra Ames solo karyerasını davam etdirib və "Who Will Answer?", "My Cup Runneth Over" və "Try to Remember" mahnıları hit olub. Daha sonra aktyor olmaq qərarına gəlib və əvvəlcə Brodveydən kənar teatr turlarında iştirak edib. Aktyor "Daniel Boone" və "Mingo" kimi məşhur seriallarda da rol alıb.

# 2561 dəfə oxunub

Oxşar xəbərlər

2027-ci il "Oskar" mükafatının namizədləri proqnozlaşdırıldı – Təfərrüatlar

2027-ci il "Oskar" mükafatının namizədləri proqnozlaşdırıldı – Təfərrüatlar

15:30 30 sentyabr 2026
Payızın ilk “Ulduz”u

Payızın ilk “Ulduz”u

14:30 30 sentyabr 2026
Həbsxana, yoxsa kurort?- Diddiyə xidmət edən məhkumlar, qaçaqmalçılıq və lüks həyat

Həbsxana, yoxsa kurort?- Diddiyə xidmət edən məhkumlar, qaçaqmalçılıq və lüks həyat

13:30 30 sentyabr 2026
Rəssam Əkrəm Tağıyev vəfat etdi

Rəssam Əkrəm Tağıyev vəfat etdi

12:45 30 sentyabr 2026
Yunanıstan Çar Samuelin sümüklərini Bolqarıstana qaytaracaq

Yunanıstan Çar Samuelin sümüklərini Bolqarıstana qaytaracaq

12:40 30 sentyabr 2026
İngilis rəssamın məşhur əsəri hərraca çıxarılacaq

İngilis rəssamın məşhur əsəri hərraca çıxarılacaq

12:20 30 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər