Detektiv yazıçı Müşfiq Abbasov “Əkinçi” Milli Mükafatı aldı

Detektiv yazıçı Müşfiq Abbasov “Əkinçi” Milli Mükafatı aldı
20 iyul 2023
# 14:30

Milli Mətbuatın yaranmasının 148-ci ildönümü münasibətilə “Əkinçi” Milli Mükafatının təqdimetmə mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, tanınmış jurnalistlər, Milli Məclisin deputatları, televiziya kanallarının rəhbərləri, o cümlədən müxtəlif qurumların mətbuat katibləri, Vətən müharibəsi iştirakçıları və incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə öz fəaliyyəti ilə seçilən söz adamları mükafatlandırılıblar.

Onlar arasında son illərin ən çox oxunan “-4” və “Qan haqqı” romanlarının müəllifi, detektiv yazıçı Müşfiq Abbasov da olub.

Aldığı mükafata görə təşkilatçılara təşəkkürünü bildirən yazıçı təəssüratlarını bölüşüb.

Bildirib ki, əməyinə verilən dəyərdən çox məmnundur: “Mən də bir qələm adamı kimi "Əkinçi" Milli Mükafatına layiq görüldüm. Yaradıcı insan üçün bu, böyük motivasiyadır. Bu diqqət məni daha oxunaqlı, daha uğurlu əsərlər ərsəyə gətirməyə həvəsləndirir. Qələm adamı kimi arzum Azərbaycan yazarlarını, milli jurnalistikamızı qərəzdən kənar, obyektiv görməkdir. Qoy mətbuatımızın qələmi hər zaman iti, sözləri kəsərli olsun. Sözünə, peşəsinə vicdanla yanaşan jurnalistlərin sayı daha da çox olsun. Bu ada layiq olan bütün jurnalistləri təbrik edirəm".

# 2570 dəfə oxunub

Oxşar xəbərlər

Yunanıstan Çar Samuelin sümüklərini Bolqarıstana qaytaracaq

Yunanıstan Çar Samuelin sümüklərini Bolqarıstana qaytaracaq

12:40 30 sentyabr 2026
İngilis rəssamın məşhur əsəri hərraca çıxarılacaq

İngilis rəssamın məşhur əsəri hərraca çıxarılacaq

12:20 30 sentyabr 2026
Eyfel qülləsi ilə hindu hərəkatının qalmaqalı – Səbəb

Eyfel qülləsi ilə hindu hərəkatının qalmaqalı – Səbəb

11:00 30 sentyabr 2026
Tom Kruzdan yeni layihə - “Oskar”a namizəd ola bilər

Tom Kruzdan yeni layihə - “Oskar”a namizəd ola bilər

10:45 30 sentyabr 2026
Türkiyə və Fransa əməkdaşlığı - Fotoqrafiyanın 200 illiyi ilə bağlı

Türkiyə və Fransa əməkdaşlığı - Fotoqrafiyanın 200 illiyi ilə bağlı

10:25 30 sentyabr 2026
Hollivud uduzu 75 yaşında vəfat etdi

Hollivud uduzu 75 yaşında vəfat etdi

10:11 30 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər