“Danışır Şuşa” radiolayihəsinə start veriləcək

“Danışır Şuşa” radiolayihəsinə start veriləcək
7 fevral 2022
# 19:00

Fevralın 19-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, nazirliyin yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidməti, "AzerNyuMedia" şirkəti və "Avto FM"in birgə “Danışır Şuşa” radiolayihəsi start götürəcək.

Nazirlikdən APA-ya verilən xəbərə görə, layihə Azərbaycanın mədəniyyət paytaxtı – Şuşanın tarixinə, mədəniyyətinə, adət-ənənələrinə, mətbəxinə, bu şəhərdə dünyaya göz açmış və onunla əbədi bağlılığı olan şəxsiyyətlərə həsr olunacaq.

Layihədə əsas xətti təşkil edəcək cəhətlərdən biri Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidmətinin Qarabağda, xüsusilə Şuşada apardığı mədəni monitorinqlər barədə məlumatların təqdim edilməsidir.

"Danışır Şuşa" layihəsinin hər buraxılışı beş bölmədən: "Şuşa kimi tarix", "Şuşa tərzi", “Qafqaz mirvarisi”, "Zəfər yolu", "Unutma" rubrikalarından ibarətdir. Radiolayihə hər həftənin cümə günü efirdə olacaq. Layihənin rəhbəri Kamran Qasımov, aparıcısı RJ Yaqut, səs supervayzeri Yaşar Baxış, məsləhətçisi, tarixçi Elçin Əhmədovdur.

# 2154 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər