BDU-nun Jurnalistika fakültəsində Vüsalə Mahirqızı ilə görüş keçirildi

BDU-nun Jurnalistika fakültəsində Vüsalə Mahirqızı ilə görüş keçirildi
16 oktyabr 2024
# 16:30

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Mətbuat Şurası İdarə Heyətinin üzvü, APA Media Groupun baş direktoru Vüsalə Mahirqızı ilə görüş keçirilib.

Kulis.az xəbər verir ki, fakültədə fəaliyyət göstərən Mətbuat Şurası otağında baş tutan görüşdə iştirak edən dekan Vüqar Zifəroğlu fakültədə mütəmadi olaraq tanınmış jurnalistlərlə görüşlər keçirildiyini qeyd edib.

O bildirib ki, Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə də davamlı görüşlər keçirilir, bundan sonra da bu görüşlər davam etdiriləcək.

Öz növbəsində, Vüsalə Mahirqızı yeni yaradılan APA Jurnalist Məktəbi barədə tələbələrə məlumat verib. O, həmçinin, müasir media trendləri, ənənəvi medianın yeni mediaya transformasiyası, sosial mediada trendlər, gələcəkdə yaranması mümkün görünən sahələrlə bağlı jurnalistlərin araşdırmalı olduğu məsələlər barədə danışıb.

Daha sonra Vüsalə Mahirqızı tələbələrin suallarını cavablandırıb.

# 2164 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər