Son illər kinoteatrlarda nümayiş olunan filmlərin xronometrajı artıb.
Kulis.az xəbər verir ki, tədqiqatçı Stiven Follouzun 1980–2025-ci illəri əhatə edən 36 min 431 film üzərində apardığı araşdırmaya əsasən, geniştərkibli filmlərin orta müddəti 106 dəqiqədən 114 dəqiqəyə yüksəlib.
Bu tendensiya xüsusilə böyük büdcəli layihələrdə özünü büruzə verir; məsələn, Kristofer Nolanın 1,8 milyard dollar kassa gəliri əldə edən "The Odyssey" filmi 173 dəqiqə, yaxınlarda nümayiş olunacaq "The Hunger Games: Sunrise on the Reaping" isə 158 dəqiqə davam edir.
Rəqəmsal platformaların inkişafı fonunda kinoteatrlara tamaşaçı cəlb etmək istəyən rejissorlar daha böyük və əhatəli təcrübə təqdim etməyə çalışırlar.
"Avengers: Doomsday" rejissoru Co Russo və "Drive My Car" filminin yapon rejissoru Ryusuke Hamaquçi uzun müddətin tərəfdarı kimi çıxış etsə də, polşalı rejissor Pavel Pavlikovski son 82 dəqiqəlik "Fatherland" filmi ilə sadə, qısa və lakonik təhkiyyənin kino sənətində daha təsirli olduğunu müdafiə edir.