Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olundu

Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olundu
23 oktyabr 2026
# 18:00

Aşqabad şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Türkmənistandakı Nümayəndəliyində BMT Günü münasibətilə tədbir keçirilib.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib.

Tədbirdə ölkəmiz Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin xüsusi guşəsi ilə təmsil olunub.

Türkmənistan xarici işlər nazirinin müavini Mehri Başimova diplomatik korpus nümayəndələri ilə birlikdə Azərbaycan guşəsi ilə tanış olub.

Tədbir çərçivəsində Səfirlik üçün ayrılmış guşədə Azərbaycanın zəngin tarixi və mədəni irsi, milli dəyərləri və adət-ənənələri, eləcə də ölkəmizin iqtisadi və turizm potensialı haqqında məlumatlar təqdim edilib. Həmçinin “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullar nümayiş etdirilib. Təqdim olunan məhsullar arasında Azərbaycanın mineral suyu “İstisu” xüsusi maraqla qarşılanıb.

Həmçinin guşədə Azərbaycan milli mətbəxinin ləziz yeməkləri və şirniyyatları da qonaqlara təqdim olunub. İştirakçılara milli yemək və şirniyyatlarımız haqqında məlumat verilib, onlar Azərbaycan mətbəxinin zəngin təamlarını dadmağa dəvət ediliblər.

Bununla yanaşı, Azərbaycanın tarixi, mədəniyyəti, xalça sənəti, incəsənəti və turizm potensialı haqqında kitab və broşürlər nümayiş etdirilib və tədbir iştirakçılarına paylanılıb. Tədbir proqramı çərçivəsində müxtəlif ölkələrin milli adət-ənənələri və musiqi mədəniyyəti də təqdim olunub. Proqram çərçivəsində nümayiş etdirilən Azərbaycan milli rəqsləri isə qonaqlar tərəfindən böyük rəğbətlə qarşılanıb.

# 107 dəfə oxunub

Oxşar xəbərlər

İlyas Əfəndiyevin  xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi

İlyas Əfəndiyevin xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi

18:40 23 oktyabr 2026
Filmlərin xronometrajında artım qeydə alındı

Filmlərin xronometrajında artım qeydə alındı

18:20 23 oktyabr 2026
Sumqayıt Dövlət Dram Teatrında premyera - “Sürgün sevgi”

Sumqayıt Dövlət Dram Teatrında premyera - “Sürgün sevgi”

17:30 23 oktyabr 2026
Ayasofiyanın  memarlığından ilhamlanaraq hazırlanan geyim London muzeyində

Ayasofiyanın memarlığından ilhamlanaraq hazırlanan geyim London muzeyində

17:00 23 oktyabr 2026
Xalq şairi Musa Yaqubun “Gül bağçası”  kitabı təqdim olundu

Xalq şairi Musa Yaqubun “Gül bağçası” kitabı təqdim olundu

16:30 23 oktyabr 2026
Vestminster abbatlığındakı sirr:  qədim Roma tabutunda orta əsr din xadimi dəfn edilibmiş

Vestminster abbatlığındakı sirr: qədim Roma tabutunda orta əsr din xadimi dəfn edilibmiş

16:00 23 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər