91 yaşlı britaniyalı aktrisa Cudi Denç görmə qabiliyyətinin pisləşməsi səbəbindən artıq filmlərdə çəkilə və səhnəyə çıxa bilmədiyini açıqlayıb.
Kulis.az xəbər verir ki, yaşla əlaqəli makula degenerasiyası diaqnozu 2012-ci ildə qoyulan aktrisa indi yazıları oxumaqda, hətta insanların üzünü tanımaqda çətinlik çəkir.
70 ildən artıq karyerası olan Denç bütün bunlara baxmayaraq, sevimli məşğuliyyətlərindən birinə — Uilyam Şekspirin sonetlərinə bağlılığını qoruyub saxlayır. “Aşiq olmuşam bu sonetlərə, onları çox sevirəm”, — deyə aktrisa bildirib.
Onun yeni xatirələr kitabının nəşri ərəfəsində verdiyi açıqlama dünya kinosunun ən tanınmış simalarından birinin həyatında yeni mərhələnin başlandığını göstərir.