Bakı neftinin Nobel mükafatına töhfəsi İsveç mətbuatında

Bakı neftinin Nobel mükafatına töhfəsi İsveç mətbuatında
8 oktyabr 2025
# 11:08

İsveçin “Karlskoga Tidning-Kuriren” qəzetində Azərbaycan Respublikasının İsveçdəki səfiri Zaur Əhmədovun Bakının Nobel mükafatının yaradılmasına verdiyi töhfəyə həsr olunmuş məqaləsi dərc olunub.

Kulis.az xəbər verir ki, “Bakının Nobel mükafatına töhfəsi – unudulmuş, lakin bəhs edilməyə layiq İsveç hekayəsi” sərlövhəli məqalədə diplomat Nobel mükafatının təsis edildiyi kapitalın əhəmiyyətli hissəsinin dinamit istehsalından deyil, XIX əsrdə Bakıda hasil edilən neftdən əldə edildiyini xatırladıb.

Müəllif əlavə edib: "Bakı nefti texnoloji tərəqqinin mühərrikinə çevrilib və Avropada milyonlarla insanın gündəlik həyatını dəyişib".

Qeyd edək ki, "Nobel mükafatının yaradılmasında Azərbaycanın tarixi rolunun tanınması və Bakı Nobel Fondunun rəsmi Nobel mərasimlərinə daxil edilməsi tarixi ədalət aktı olardı",- deyə səfir yazıda vurğulayıb.

# 1427 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər