“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlandı

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov”  adlı elektron məlumat bazası hazırlandı
12 oktyabr 2026
# 18:30

Azərbaycan Respublikası Prezidentinin “Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən, M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən görkəmli xalçaşünas alim, pedaqoq, sənətşünas, SSRİ Dövlət mükafatı laureatı, Xalq rəssamı Lətif Kərimovun anadan olmasının 120 illiyi münasibətilə “Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim olunub.


Kulis.az xəbər verir ki, elektron məlumat bazasının yaradılmasında əsas məqsəd Azərbaycan xalçaçılıq sənətinin inkişafında müstəsna xidmətləri olan görkəmli sənətkarın zəngin elmi-bədii irsinin sistemli şəkildə toplanması, mühafizəsi, təbliği və geniş oxucu auditoriyasına çatdırılmasıdır.

Elektron məlumat bazasında rəsmi sənədlər, Lətif Kərimovun həyat və yaradıcılığı, görkəmli şəxslərin Lətif Kərimov haqqında fikirləri, elmi və pedaqoji fəaliyyəti, Azərbaycan xalçalarının ornamental və kompozisiya xüsusiyyətlərinin tədqiqi sahəsində fundamental araşdırmaları, haqqında nəşr edilmiş kitablar, elmi məqalələr,
dövri mətbuat materialları, eləcə də foto və videolar öz əksini tapıb.

# 64 dəfə oxunub

Oxşar xəbərlər

Fransada oğurlanmış iki əsər tapıldı

Fransada oğurlanmış iki əsər tapıldı

18:00 12 oktyabr 2026
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

17:30 12 oktyabr 2026
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

17:15 12 oktyabr 2026
Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

16:05 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər