Ədəbiyyat məsələlərinə aid müzakirə keçirildi

Ədəbiyyat məsələlərinə aid müzakirə keçirildi
18 sentyabr 2026
# 12:40

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında ədəbiyyat məsələlərinə aid müzakirə keçirilib.

Kulis.az xəbər verir ki, müzakirədə Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, dosent Mehman Həsənli, elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, AMEA Rəyasət Heyətinin elmi katibi filologiya elmləri doktoru Sərxan Xavəri, İnsan resursları şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud, Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyatı sektorunun müdiri Xəyal Məmmədov, həmin sektorun böyük məsləhətçisi Elşad Əliyev və İnstitutun bir sıra əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, Prezidentin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilib. Tədbirdə həmin konsepsiyanın tələblərinə uyğun olaraq ədəbiyyatla bağlı müzakirələr aparılıb.

Tədbiri giriş sözü ilə açan İnstitutun direktor müavini Mehman Həsənli Konsepsiyanın tarixi əhəmiyyətindən söz açıb. Mədəniyyət Nazirliyi ilə Ədəbiyyat İnstitutunun birgə layihələrinin hazırlanması və həyata keçirilməsinin Azərbaycan ədəbiyyatının inkişafı və təbliği baxımından əhəmiyyətli olacağını vurğulayıb.

Müzakirədə Ədəbiyyat İnstitutunun əməkdaşlarından Nərgiz Cabbarlı, Almaz Ülvi, Bəsirə Əzizəliyeva, Şahbaz Şamığolu, Şəbnəm Mirzəzadə, Pəri Hümmətova, Lalə Həsənova, Töhfə Talıbova, İsmixan Osmanlı, Maya Həsənli, Nərmin Həsənova, Seyidnisə Lətifli, Nigar İsayeva, Orxan İsayev, Esmira Fuad müxtəlif təkliflərlə çıxış ediblər.

Müzkirələrlə bağlı AMEA Həyasət Heyətinin nümayəndələri olan Sərxan Xavəri və Aynur Mahmud da öz fikirlərini bölüşüb.

# 652 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər