Azərbaycanın ilk xanım deputatının kitabı hərraca çıxarıldı

Azərbaycanın ilk xanım deputatının kitabı hərraca çıxarıldı
28 aprel 2026
# 17:07

Azərbaycanın ilk xanım deputatının əsəri hərraca çıxarılıb.

Lent.az xəbər verir ki, söhbət Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yeganə qadın əməkdaşı Şəfiqə xanım Əfəndizadədən gedir.

Məlumata görə, onun "İki yetim yaxud Kərimin Himməti" əsəri auksion yolu ilə satılıb. Kitabın başlanğıc qiyməti 5 manat təşkil edib və hər pilləli artım da minimum 5 manat olub.

Beləliklə, izləyicilərdən biri qalib olaraq 45 manata sözügedən kitabı alıb.

54 səhifəlik kitab 1915-ci ildə Bakıda İsa bəy Aşurbəylinin "Kaspi" mətbəəsində əski Azərbaycan yazısı ilə çap olunub.

Qeyd edək ki, Şəfiqə xanım Əfəndizadə həmçinin ilk azərbaycanlı xanım jurnalist və ana dili müəllimi olub.

# 1092 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər