“Bir Ömrün Konstitusiyası” sənədli filminin təqdimat mərasimi keçirildi

“Bir Ömrün Konstitusiyası” sənədli filminin  təqdimat mərasimi keçirildi
21 oktyabr 2026
# 10:36

Müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının hazırlanma tarixindən bəhs edən “Bir Ömrün Konstitusiyası” sənədli filminin Bakı və Naxçıvan şəhərlərində təqdimat mərasimləri keçirilib.

Kulis.az xəbər verir ki, təqdimat mərasimlərində dövlət rəsmiləri, millət vəkilləri, digər qonaqlar və ədliyyə könüllüləri iştirak ediblər.

Filmdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın ilk milli Konstitusiyasının hazırlanmasında müstəsna rolu, milli dövlətçilik ənənələrinin formalaşdırılması və müstəqil Azərbaycanın hüquqi əsaslarının möhkəmləndirilməsi istiqamətində görülən işlər əks olunub.

Bakıda keçirilən tədbirin rəsmi hissəsində Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Abiddin Hüseynov, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova və Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev çıxış ediblər.

Naxçıvanda keçirilən təqdimat mərasimində isə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Abiddin Hüseynov və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Arzu Abdullayev çıxış ediblər.

Çıxışlarda Konstitusiyanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, hüquqi dövlət quruculuğunda və konstitusion dəyərlərin qorunmasında mühüm rolu vurğulanıb.

Təqdimat mərasimləri milli dövlətçilik tariximizin təbliği, tarixi irsimizin qorunması və gənc nəslin hüquqi dünyagörüşünün formalaşdırılması baxımından əhəmiyyət kəsb edir.

Qeyd edək ki, “Bir Ömrün Konstitusiyası” sənədli filmi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin tərəfdaşlığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Ədliyyə Könüllüləri” İctimai Birliyinin təşəbbüsü ilə ərsəyə gəlib.

# 150 dəfə oxunub

Oxşar xəbərlər

Arktikadakı  əriyən buzlaqları və iqlim böhranını göstərən sərgi açıldı

Arktikadakı əriyən buzlaqları və iqlim böhranını göstərən sərgi açıldı

12:20 21 oktyabr 2026
Fələstin dəstəkçisi yazıçı Salli Runi  kitablarını Britaniyaya göndərməyəcək

Fələstin dəstəkçisi yazıçı Salli Runi kitablarını Britaniyaya göndərməyəcək

12:00 21 oktyabr 2026
"Bitlz" üçün muzey tikilir:  Liverpulda yeni məkan 2028-ci ildə açılacaq

"Bitlz" üçün muzey tikilir: Liverpulda yeni məkan 2028-ci ildə açılacaq

11:40 21 oktyabr 2026
Maykl Ceksonun ikinci bioqrafik filmi ilə bağlı yeni ittihamlar

Maykl Ceksonun ikinci bioqrafik filmi ilə bağlı yeni ittihamlar

11:20 21 oktyabr 2026
Xəlil Rza Ulutürk:  Xalqın harayına çevrilən səs, imperiyanın qorxduğu şair

Xəlil Rza Ulutürk: Xalqın harayına çevrilən səs, imperiyanın qorxduğu şair

11:00 21 oktyabr 2026
Ramiz Əzizbəylinin  kürəkəni külli miqdarda dələduzluq ittihamı ilə həbs olundu

Ramiz Əzizbəylinin kürəkəni külli miqdarda dələduzluq ittihamı ilə həbs olundu

10:53 21 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər