Leyla Əliyeva Milli Türkmən Xalçası Muzeyini ziyarət etdi

Leyla Əliyeva   Milli Türkmən Xalçası Muzeyini ziyarət etdi
20 oktyabr 2026
# 18:27

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Qurbanqulu Berdiməhəmmədov adına Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva və Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva oktyabrın 20-də Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olublar.

Kulis.az APA-ya istinadən xəbər verir ki, ziyarət zamanı qonaqlara Türkmənistanın əl xalçalarının vətəni olaraq qədim ənənələrə əsaslanan xalçaçılıq sənətini bu gün də uğurla qoruyub inkişaf etdirdiyi bildirilib. Qeyd olunub ki, bu məqsədlə yaradılmış və qiymətli eksponatların qorunduğu Xalça Muzeyində nadir və nəhəng nümunələr saxlanılır.

Vurğulanıb ki, burada 2001–2003-cü illərdə toxunulmuş və “Ginnesin Rekordlar Kitabı”na daxil edilmiş dünyanın ən böyük xalçası, İkinci Dünya müharibəsi illərində qadınların çətinliklərə baxmayaraq sona çatdırdıqları ilk nəhəng xalça, həmçinin 2009-cu ildə xüsusi olaraq muzeyin yeni binası üçün toxunulmuş xalçalar qorunub saxlanılır. Muzeyin fondlarında 2000-ə yaxın nadir və qədim əl işi xalça məmulatları, o cümlədən XVII–XIX əsrlərə aid unikal nümunələr mövcuddur.

Sonra milli türkmən geyimlərinin moda sərgisi nümayiş olunub. Nümayiş zamanı əl işi naxışlı ipək türkmən libasları, qədim milli, həmçinin müasir elementlərlə zənginləşdirilmiş geyimlər də geniş şəkildə təqdim edilib.

# 109 dəfə oxunub

Oxşar xəbərlər

Qədim yaşayış məskənində mozaika döşəməli tikili tapıldı

Qədim yaşayış məskənində mozaika döşəməli tikili tapıldı

19:00 20 oktyabr 2026
Milli Kitabxanada Zəngilan Şəhəri Gününə  həsr olunmuş sərgi açıldı

Milli Kitabxanada Zəngilan Şəhəri Gününə həsr olunmuş sərgi açıldı

18:30 20 oktyabr 2026
Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açıldı

Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açıldı

18:24 20 oktyabr 2026
Türkiyədə  uzunmetrajlı filmlərin istehsalına ayrılan dəstək 42 faiz artırıldı

Türkiyədə uzunmetrajlı filmlərin istehsalına ayrılan dəstək 42 faiz artırıldı

18:00 20 oktyabr 2026
İlyas Əfəndiyevin  xatirəsi Bakı teatrlarının səhnələrində yad ediləcək

İlyas Əfəndiyevin xatirəsi Bakı teatrlarının səhnələrində yad ediləcək

17:30 20 oktyabr 2026
Rəşid Behbudov Moskvada hansı çətinliklə üzləşib? - Qızı açıqladı

Rəşid Behbudov Moskvada hansı çətinliklə üzləşib? - Qızı açıqladı

17:15 20 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər