Nyu-Yorkda "Turan" ansamblı yaradıldı

Nyu-Yorkda "Turan" ansamblı yaradıldı
3 fevral 2021
# 10:16

Amerika Azərbaycanlıları Koordinasiya Şurasının idarə heyətinin üzvü, Nyu-Yorkda yaşayan soydaşımız Telman Cəlilin təşəbbüsü ilə “Turan” adlı musiqi ansamblı yaradılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Telman Cəlil ansamblın yaradılmasında başlıca məqsədin Azərbaycan mədəniyyətinin ABŞ-da tanıtmaq və təbliğ etmək, ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin daha da möhkəmləndirmək olduğunu qeyd edib: “Eyni zamanda, "Turan" ansamblı maarifçilik missiyasını da yerinə yetirmək niyyətindədir. Ansamblın üzvləri Azərbaycanın xalq musiqisinə marağı olanlar üçün dərslər də təşkil edəcək”.

Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti Telman Cəlil həm də 2012-ci ildə Nyu-Yorkda təsis edilmiş "Azərbaycan Mədəniyyət Mərkəzi"nin ("Azerbaijan Cultural Center NY" – ACCNY) rəhbəridir./azertag.az/

# 3338 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər